UEFA 2020 turniri üçün bilet qiymətlərini açıqlayıb

7 İyun 2019 20:26

Xəbər 35 dəfə oxunub

UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədilə ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək UEFA AVRO-2020 turniri üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb.Trend-in məlumatına görə, 2020-ci ilin 12 iyun-12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə təşkil olunacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.Oyunlara rekord sayda – üç milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirən və ruhlandıran bir şüardır. İki milyon yarıma yaxın bilet (UEFA AVRO-2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.xeber100.com

Beynəlxalq Şahmat Federasiyasının reytinq siyahısında

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şahmat üzrə ən nüfuzlu turnirlərdən biri olan “Altibox Norway Chess” yarışını son yerdə başa vurub. Stavanger turnirində şahmatçımız 5,5 xalla Rusiya təmsilçisi Aleksandr Qrişukla axırıncı iki pilləni bölüşüb.Azərtac xəbər verir ki, dünyanın ən güclü şahmatçılarından sayılan Ş.Məmmədyarovun reytinqi getdikcə aşağı düşür. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) iyun ayı üçün reytinq siyahısında şahmatçımız (2774) üç pillə geriləyərək səkkizinci mövqedə qərarlaşıb. Stavanger turnirinin ilk mərhələlərində Ş.Məmmədyarovun əla çıxışı onun yenidən əvvəlki kimi qələbələr seriyasını davam etdirəcəyinə ümid verirdi. Belə ki, ilk turda amerikalı Fabiano Karuana, ikinci turda hindistanlı Vişvanatan Anandı məğlub edən Şəhriyar növbəti turlarda bir-birinin ardınca uduzub. Şahmatçımız beşinci turda rusiyalı Aleksandr Qrişukla qarşılaşmasından sonra (Şəhriyar bu oyunda əsas hissədə heç-heçə etsə də, rapiddə uduzub) “Facebook”dakı səhifəsində bu barədə yazıb: “Bu dəfə də alınmadı. Amma mütləq bir gün alınacaq. Hər gün o ümidlə yuxudan oyanıb məşq edirəm, yarışlara hazırlaşıram. Sevginiz və dəstəyiniz üçün təşəkkürlər”.Turnirin altıncı turunda isə o, Fransa təmsilçisi Maksim Vaşe-Laqrava “Armageddon”da məğlub olub. Qeyd edək ki, Norveç turnirində yenilik tətbiq edilib: standart partiyada hər bir oyunçuya əlavəsiz 2 saat vaxt verilib. Partiyada qələbəyə görə 2, məğlubiyyətə görə 0 xal hesablanıb. Tərəflər 4 saatlıq oyunun sonunda heç-heçə edəcəkləri halda, hər şahmatçının aktivinə yarım xal əlavə olunub və qalibi müəyyənləşdirmək üçün “Armageddon” oynanılıb.Norveç turnirindən əvvəl, ötən ay Moskvada keçirilən “Grand Prix 2019” seriyasının ilk mərhələsində Şəhriyar polşalı Radoslav Voytaşekə uduzaraq çıxışını dayandırıb. Yarış FIDE-nin 2020-ci ildə keçiriləcək İddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Bu turnirdə ən yüksək nəticə göstərən iki şahmatçı iddiaçıların yarışına vəsiqə əldə edəcək. Xatırladaq ki, dörd mərhələdən ibarət “Qran-Pri 2019” seriyası yarışlarının Ş.Məmmədyarovun da qatılacağı digər mərhələləri Latviya, Almaniya və İsraildə keçiriləcək.Ümumiyyətlə, şahmatçımız hələ ki, bu ilin əvvəlindən keçirilən yarışlarda yaxşı nəticə göstərə bilməyib. Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilmiş ənənəvi “Tata Steel Masters 2019” turnirində 5 xalla 11-12-ci, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində 3,5 xalla 9-cu yeri tutub.Ş.Məmmədyarovu qarşıda “Grand Chess Tour 2019” seriyası yarışının iyunun 24-dən iyulun 9-dək Zaqrebdə keçiriləcək ikinci mərhələsi gözləyir. Şahmatsevərlər onun uğursuzluq zolağından çıxacağına ümid bəsləyirlər.2020-ci ildə keçiriləcək FIDE-nin İddiaçılar turnirinə vəsiqə xarakteri daşıyan “Grand Chess Tour 2019” yarışlarının digər mərhələləri iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Yarışın final seriyası noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək .xeber100.com

İyun 17, 2019 14:45

Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib

Bu gün Azərbaycan Badminton Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.Azərtac xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.Milli Qurtuluş Günü münasibətilə iştirakçıları təbrik edən Çingiz Hüseynzadə ötən 4 il ərzində Azərbaycan Badminton Federasiyasının kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti, xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuzun II Avropa Oyunlarına vəsiqə qazanmasını böyük nəticə olduğunu qeyd edib.Konfransda Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib.Azərbaycan Badminton Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Konfrans nümayəndələri Mikayıl Cabbarovu yenidən Azərbaycan Badminton Federasiyasının prezidenti seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində federasiyanın vitse-prezidentləri, Nəsimi Musayev isə baş katib vəzifələrini icra edəcəklər.Konfransın sonunda gündəlikdəki cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.xeber100.com

İyun 16, 2019 12:32

Güləş Federasiyasının məlumatı əsasında…

Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlığı davam etdirir.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildirilib ki, Olimpiya Güləş Mərkəzində təşkil olunan təlim-məşq toplanışı məsul yarış ərəfəsində son hazırlıq prosesidir. Yunan-Roma güləşi üzrə millimiz Estoniya və İsveçdən olan pəhləvanlarla birgə məşqləri davam etdirir. Qonaqlar federasiyanın rəsmi saytına verdikləri açıqlamada toplanışın gedişindən, onlara yaradılan şəraitdən, güləş bazasından razı qaldıqlarını bildiriblər.İsveç millisinin məşqçisi Cimmi Samuelsson deyib: “Azərbaycana ikinci dəfədir gəlirəm. İlk dəfə 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında idmançı kimi iştirak etmişəm. Təbii ki, İsveçlə Azərbaycanın iqlimi çox fərqlidir. Burada hava çox istidir. Ancaq problem deyil. Mən isti havanı sevirəm. Bakı gözəl şəhərdir. Xüsusən də “Alov qüllələri” və İçərişəhəri çox bəyəndim. Bakıya iki güləşçi ilə gəlmişik. Dünən onlardan biri zədələndiyi üçün bugünkü məşqdə iştirak etmir. Ümid edirəm ki, Aleks Kessidis Avropa Oyunlarına qədər zədəsini tam sağaldacaq. Həmçinin Bakıda sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşırıq. Olimpiya Güləş Mərkəzini çox bəyəndim. Bizim üçün bu zal çox böyükdür. İsveçdə bir zalda maksimum 2-3 güləş xalçası olur. Burada isə 14 xalçanın olması güləşçilərin eyni vaxtda məşq etməsinə imkan verir. Bu da güləşin Azərbaycanın milli idman növü olduğunu göstərir. Gələcəkdə də burada toplanış keçməyi planlaşdırırıq”.Estoniya yığma komandasının baş məşqçisi İvar Kotkas isə Bakı və idmançılar haqqında bunları söyləyib: “Estoniya ilə müqayisədə temperatur çox yüksəkdir. Lakin toplanışda hər şey qaydasındadır. Gətirdiyimiz üç güləşçi güclü sınaqçı-rəqiblərlə işləyir. Güləşçilərimizdən biri ən ağır çəkidə London Olimpiadasının gümüş medalçısı, ikiqat dünya çempionu Heyki Nabidir. Bu toplanış Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Ancaq Nabi Minskdə güləşməyəcək. Digər iki güləşçimiz Belarusda çıxış edəcək. Bakıda 3-4 dəfə olmuşam. İlk Avropa Oyunları zamanı da məşqçi kimi ölkənizə səfər etmişdim. Paytaxtınız haqqında ancaq xoş sözlər deyə bilərəm. Xüsusən də Bakının mərkəzi çox gözəldir. Bazar günü şəhərdə ekskursiya etməyi planlaşdırırıq”.xeber100.com

İyun 16, 2019 12:25