UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünündə…

6 İyul 2019 13:59

Xəbər 56 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” komandası ilə oyun üçün sifariş ərizəsini qitənin ali futbol qurumuna təqdim edib.Azərtac xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 11 yarımmüdafiəçi və 2 hücumçu daxil edilib. “Neftçi”nin sifariş ərizəsində qapıçılardan Səlahət Ağayev, Kamran İbrahimov və Aqil Məmmədovun adları salınıb. Müdafiəçilərdən Mamadu Mbodj, Anton Krivotsyuk, Voislav Stankoviç, Tural Axundov, Kirilo Petrov, Ömər Buludov, Mehmet Serin və Şöhrət Yusifovun adları siyahıya daxil edilib. Yarımmüdafiəçilərdən Namiq Ələsgərov, Emin Mahmudov, Dario Frederiko, Vanqelis Platellas, Rəhman Hacıyev, Stiven Jozef-Monroz, Turan Vəlizadə, Mamadu Kane, Vüsal Əsgərov, İsmayıl Zülfüqarlı, Soni Mustivarın adlarının yer aldığı siyahıda hücumçu mövqeyində Baqali Dabo və Rauf Əliyev qeyd olunublar.Xatırladaq ki, “Speranta” ilə ilk oyun iyulun 11-də “Zimbru” stadionunda, cavab matçı isə bir həftə sonra “Bakcell Arena”da keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15