UEFA Avropa Liqasının hazırlıq kampaniyası çərçivəsində

4 Yanvar 2019 11:25

Xəbər 45 dəfə oxunub

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində millimizin və “Neftçi”nin hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub.Azərtac xəbər verir ki, “Avropa Liqası Muzeyi”ndə təşkil olunan görüşdə ziyarətçilər futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də şəkil çəkdiriblər.Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.Final oyunu bu il mayın 29-da keçiriləcək.xeber100.com

Reklam