UEFA Avropa Liqasının püşkatma mərasimi keçirilib

13 Aprel 2018 12:59

Xəbər 61 dəfə oxunub

Aprelin 13-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşk yarımfinala vəsiqə qazanan İngiltərənin “Arsenal”, Fransanın “Marsel”, İspaniyanın “Atletiko Madrid” və Avstriyanın “Zalsburq” komandaları arasında atılıb.Püşkün nəticələrinə əsasən, “Marsel” klubu ilə “Zalsburq” komandası qarşılaşacaq. “Arsenal” komandası isə “Atletiko Madrid” klubuna rəqib olub.Püşkatma mərasimində UEFA Avropa Liqasının kuboku bu turnirin final matçının səfiri, fransalı sabiq futbolçu Erik Abidala təqdim edilib.UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Lion şəhərində oynanılacaq.xeber100.com

Reklam

Çempionlar Liqasında I təsnifat mərhələsində

İyulun 18-də futbol üzrə Çempionlar Liqasında I təsnifat mərhələsinin daha altı oyunun cavab görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, ikinci oyun günündə “Qarabağ” Sloveniya “Olimpiya”sını qəbul edəcək. Qazaxıstan “Astana”sı Monteneqroda “Sutyeska”nın qonağı olacaq. Həm Qurban Qurbanovun, həm də Roman Qriqorçukun baş məşqçi olduğu kollektivlər ilk matçdan minimal hesablı qələbə qazanıblar. Qriqorçuk səfərə Azərbaycan millisinin futbolçusu Riçard Almeydanı da aparıb. Almeyda ilk görüşdə iştirak etməyib.İlk cütün qalibi növbəti mərhələdə Albaniyanın “Kukesi”, ikinci cütün sevinən tərəfi isə Danimarkanın “Mityulland” komandası ilə qarşılaşacaq.Məğlub komandalar isə Avropa Liqasının II təsnifat mərhələsində müvafiq olaraq, “Kruzaders” (Şimali İrlandiya) və “Seltik” (Şotlandiya) – “Alaşkert” (Ermənistan) cütünün uduzan tərəfi ilə qarşılaşacaq. İlk görüşdə “Seltik” səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən, Avroliqadakı rəqibin “Alaşkert” olacağı güman olunur.Mərhələnin digər dörd oyunu aşağıdakılardır: “Zrinski” (Bosniya və Herseqovina) – “Spartak” (Trnava, Slovakiya), “Şerif” (Moldova) – “Torpedo” (Kutaisi, Gürcüstan), “Rusenborq” (Norveç) – “Valür” (İslandiya), “Seltik” (Şotlandiya) – “Alaşkert” (Ermənistan).xeber100.com

İyul 18, 2018 13:32

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində

İyulun 17-də UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları start götürəcək.Azərtac xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçiriləcək.Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibləri - Maltanın “Valetta” və Albaniyanın “Kukesi” komandaları üz-üzə gələcəklər. Bu komandalar arasında ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.Bu gün, həmçinin “Qarabağ” – “Olimpiya” qarşılaşmasında məğlub olacaq komandanın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi də müəyyənləşəcək. İlk oyunda Şimali İrlandiyanın “Kruzaders” kollektivini 7:0 hesabı ilə darmadağın edən Bolqarıstanın “Ludoqorets” komandası böyük ehtimalla UEFA Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazanacaq. “Kruzaders” isə möcüzə baş verməsə Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək.Qeyd edək ki, ilk matçda səfərdə Sloveniyanın “Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub edən “Qarabağ” iyulun 19-da cavab görüşünə çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.Bu gün, eyni zamanda, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin üç cavab görüşü keçiriləcək. Belə ki, Macarıstanın “Honved” klubu ilə Makedoniyanın “Rabotniçki” komandası arasında oynanılacaq qarşılaşma azərbaycanlı futbolsevərlər üçün xüsusi əhəmiyyət kəsb edəcək. Çünki “Qəbələ” klubu Lüksemburq təmsilçisi “Proqres”i üstələyəcəyi təqdirdə II təsnifat mərhələsində məhz bu oyunun qalibi ilə görüşəcək. İlk görüşdə “Rabotniçki” evdə 2:1 hesablı qələbə qazanıb. “Qəbələ” isə doğma meydanda 0:2 hesabı ilə uduzub. “Qırmızı-qaralar”ın cavab matçı iyulun 19-da Lüksemburqda oynanılacaq.xeber100.com

İyul 17, 2018 12:33

Ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək

İyulun 22-29-da İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Qırxa yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak edəcəyi turnir, həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.Azərtac xəbər verir ki, Milandakı birincilikdə Azərbaycan yığma komandası da geniş heyətlə iştirak edəcək.On beş yaşadək oğlanların yarışında Elvin Şükürzadə (50 kq), Elşən Məmmədov, Fuad Həsənov (hər ikisi 56 kq), Murad Əliyev, Kamil Nəbiyev (hər ikisi 62 kq), Yaşar Mamayev (77 kq), Əli Şükürlü (85 kq), Əli Quliyev (94 kq), 17 yaşadək oğlanların mübarizəsində Ömər Cavadov (50 kq), Sale Alxasov (56 kq), Rüstəm Qasımov, Elməddin Hüseynov (hər ikisi 62 kq), Füqan Əliyev (69 kq), Əlimərdan Alxasov, İsmayıl Baxışov (hər ikisi 77 kq) və Tarmenxan Babayev (85 kq) körpücük üzərinə çıxacaqlar.On beş yaşadək qızların yarışında Günel Muxtarlı (44 kq), Selcan Qarayeva (48 kq), Fazilə İmanova (53 kq), Səma Mayılov, Anna Opanasyuk (hər ikisi 58 kq), Fidan Mirzəzadə (63 kq), Rəhilə Hüseynova (69 kq), U-17 yaş kateqoriyasında qızların mübarizəsində Lalə Rzazadə (58 kq) və Fidan Hüseynzadə (69 kq) ölkəmizi təmsil edəcəklər.xeber100.com

İyul 17, 2018 12:30