Sentyabrın 18-dən etibarən UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümünə start verilir.Azərtac xəbər verir ki, dünyanın ən mötəbər klub turniri sayılan UEFA Çempionlar Liqasının C qrupunda yer alan “Liverpul” və PSG klubları üz-üzə gələcəklər. Futbolsevərlər bu iki klub arasında baş tutacaq görüşü Məhəmməd Salah və Neymar qarşılaşması kimi qiymətləndirirlər.M.Salah və Neymar ilk dəfə 2015-ci ildə “Roma” və “Barselona” oyununda üz-üzə gəliblər. Həmin görüş 1:1 hesabı ilə başa çatıb, görüşdə heç bir oyunçu fərqlənməyib.“Liverpul” və PSG UEFA Çempionlar Liqasında heç vaxt qarşılaşmayıblar. Görüş “Enfild” stadionunda keçiriləcək. C qrupunun digər qarşılaşmasında “Crevena Zvezda” Serbiyada “Napoli” klubunu qəbul edəcək.UEFA Çempionlar Liqasının birinci turunun ilk oyun günündə altı qarşılaşma baş tutacaq.A qrupunda yer alan “Brügge” (Belçika) “Borussiya” (Dortmund, Almaniya) klubunu qəbul edəcək. Qrupun favoritləri sayılan “Atletiko Madrid” (İspaniya) səfərdə “Monako” (Fransa) klubunun qonağı olacaq.B qrupunda maraqla gözlənilən oyun İtaliyada baş tutacaq. “San-Siro” stadionunda meydan sahibi “İnter” İngiltərənin “Tottenhem” klubunu qəbul edəcək. Bu klublar bu vaxta kimi UEFA Çempionlar Liqasında iki dəfə qarşılaşıblar. 2010/2011-ci ilə təsadüf edən görüşdə hər iki komanda UEFA Çempionlar Liqasının A qrupunda mübarizə aparıblar. İtaliyada keçirilən oyun 4:3 hesabı ilə “İnter”ın, İngiltərədə isə 3:1 hesabı ilə “Tottenhem”in qələbəsi ilə başa çatmışdı.Bu qrupun digər favoriti sayılan İspaniyanın “Barselona” klubu “Nou Kamp” stadionunda PSV (Hollandiya) klubunu qəbul edəcək.D qrupunda aşkar favorit yoxdur, hər dörd komanda eyni gücə malikdir. Türkiyənin bu turnirdə yeganə təmsilçisi “Qalatasaray” klubu “Türk Telekom” stadionunda Rusiya təmsilçisi “Lokomotiv”lə üz-üzə gələcək. “Şalke” (Almaniya) isə Portuqaliyanın “Portu” klubu ilə qarşılaşacaq.Qeyd edək ki, UEFA Çempionlar Liqasının B qrupunun oyunları Bakı vaxtı ilə 20:55-də, digər qrupların oyunları isə saat 23:00-da başlayacaq.xeber100.com
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
Messi influenzato…
“Вниз по течению”…
Türkiyə Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib
“Звезды Содружества”…