UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start veriləcək

9 Aprel 2019 12:44

Xəbər 73 dəfə oxunub

Aprelin 9-da UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.İngiltərə klubları “Tottenhem” və “Mançester Siti” komandaları tarixlərində ilk dəfə avrokubokda üz-üzə gələcəklər. Hər iki kollektiv səkkizdəbir finalda Almaniya təmsilçisini mübarizədən kənarlaşdırıb. Londonlular “Borussiya Dortmund”dan (3:0, 1:0), “şəhərlilər” isə “Şalke”dən (3:2, 7:0) güclü olublar.Komandaların heç birinin heyətində cəzalı futbolçu olmasa da, zədəlilər var. Erik Dayer və Erik Lamela zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Serj Orye ilə Fernando Lyorentenin vəziyyəti isə sual altındadır.“Mançester Siti”də Klaudio Bravo və Aleksandr Zinçenko zədədən əziyyət çəkir. Fabian Delf, Kayl Uoker və Kun Aqueronun isə meydana çıxacağı bilinmir.Günün ikinci görüşü də İngiltərədə baş tutacaq. “Liverpul” öz meydanında Portuqaliyanın “Portu” komandasını qəbul edəcək. Komandalar ardıcıl ikinci mövsüm UEFA Çempionlar Liqasında qarşılaşacaqlar. İngilislər ötən mövsüm səkkizdəbir final mərhələsində rəqibini səfərdə Sadio Manenin het-triki və Məhəmməd Salah və Roberto Firminonun qolları ilə 5:0 hesabı ilə məğlub edib. “Enfild”dəki görüşdə isə hesab açılmayıb.“Liverpul” səkkizdəbir finalda Almaniya təmsilçisi “Bavariya”nı mübarizədən kənarlaşdırıb (0:0, 3:1). “Portu” isə İtaliyanın “Roma” klubunu keçib (1:2, 3:1).Meydan sahiblərinin heyətində Endryu Robertson cəzalı, Co Qomez və Aleks Oksleyd-Çemberlen zədəlidir. Adam Lallananın vəziyyəti sual altındadır. “Portu”da isə Ektor Errera ilə Pepe cəzalıdır. Aleks Telles isə zədə səbəbindən meydana çıxmaya bilər.xeber100.com

Voleybol yarışlarına start veriləcək

İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının voleybol yarışlarına start veriləcək.Azərtac xəbər verir ki, festivalın voleybol yarışlarında oğlanlardan və qızlardan ibarət voleybol komandaları mübarizəyə qoşulacaq. Həm qızlardan, həm də oğlanlardan ibarət voleybol yığmaları arasında keçiriləcək yarışların hər birində səkkiz komanda iki qrupda mübarizə aparacaq.Oğlanlar arasında voleybol yarışlarında A qrupunda Azərbaycan millisi ilə yanaşı, Almaniya, Rusiya, Belarus seçmələri qələbə üçün yarışacaqlar. B qrupunda isə mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika komandaları arasında baş tutacaq.Voleybol üzrə qızların mübarizəsində A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya yığmaları yer alıb.Qaydalara görə, qruplarda ilk iki yeri tutan komandalar yarımfinal mərhələsində çıxış edəcəklər."EYOF 2019"da oğlanlar arasında voleybol yarışları Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq. Festivalda qızlardan ibarət komandaların yarışı isə Azərbaycan Voleybol Mərkəzində keçiriləcək.Qızlardan və oğlanlardan ibarət komandaların həlledici qarşılaşmaları və üçüncü yer uğrunda oyunlar FHN-nin İdman-Sağlamlıq Mərkəzində olacaq.Voleybol yarışlarına iyulun 27-də yekun vurulacaq.Qeyd edək ki, cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra idman tədbirlərinə uğurla ev sahibliyi edən və beynəlxalq standartlara cavab verən FHN-in İdman-Sağlamlıq Mərkəzinin bu mötəbər yarışa hazırlığı yüksək səviyyədədir.xeber100.com

İyul 22, 2019 10:15