UEFA Çempionlar Liqasının final oyunu 226 ölkədə yayımlanacaq

16 May 2018 12:17

Xəbər 19 dəfə oxunub

Mayın 26-da UEFA Çempionlar Liqasının Kiyevdə keçiriləcək final oyunu 226 ölkədə yayımlanacaq.Azərtac xəbər verir ki, “Liverpul” və “Real” komandaları arasında keçiriləcək həlledici oyun Olimpiya Stadionunda təşkil olunacaq.Məşhur niderlandlı DJ Hardwell final oyununda konsert proqramı ilə çıxış edəcək. Musiqiçi 2013-cü və 2014-cü illərdə DJ-lərin reytinq cədvəlində birinci pillədə qərarlaşıb. DJ Hardwell irimiqyaslı musiqi festivallarında iştirak edib.Daha öncə final oyununda məşhur britaniyalı müğənni Dua Lipanın iştirak edəcəyi bildirilirdi.Qeyd edək ki, Dua Lipa Formula 1 Azərbaycan Qran-Prisindən sonra “Baku Crystal Hall”da möhtəşəm konsert proqramı ilə çıxış edib.xeber100.com

Reklam

Velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək

İyunun 5-də Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək. Çempionatda 60-a yaxın ölkənin müxtəlif yaş qrupları üzrə 2 minə yaxın idmançısının iştirak edəcəyi gözlənilir.Azərtac xəbər verir ki, proqrama əsasən, iyunun 5-7-də kiçik yaşlı velosipedçilər (Challenge) yarışacaqlar. İyunun 8-9-da isə gənclər və elit kateqoriyasında yarışan BMX ustaları planetin ən güclülərini müəyyən edəcəklər.Mötəbər yarışla əlaqədar Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosipedçilər Birliyinin rəhbər vəzifəli şəxsləri də Bakıya gələcəklər. Yarışları canlı olaraq izləmək istəyən BMX həvəskarları biletləri iticket.az saytı vasitəsilə elektron qaydada və ya Veloparkdakı kassadan ala bilərlər.İyunun 9-da çempionatın keçici bayrağı 2019-cu ildə bu yarışa ev sahibliyi edəcək Belçikanın nümayəndələrinə təqdim olunacaq. Yarışın əsas təşkilatçılarından olan Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən sifariş olunmuş və Bakı Media Mərkəzi tərəfindən hazırlanmış təqdimat çarxı da artıq sosial şəbəkələrdə yerləşdirilib və böyük marağa səbəb olub.Hazırda çempionatın keçiriləcəyi Veloparkda son tamamlama işləri aparılır. Dünya çempionatının keçirildiyi günlər Velopark ərazisindəki istirahət və əyləncə zonasında bir sıra maraqlı tədbirlər və konsert proqramı da təşkil olunacaq. Həmin zonalara giriş pulsuzdur. Veloparka 125 və 205 nömrəli avtobuslarla, həmçinin Azneft meydanından hərəkət edəcək xüsusi avtobuslarla getmək mümkün olacaq.xeber100.com

May 21, 2018 12:53