Ukrayna Səhiyyə Nazirliyinin məlumatı

10 Yanvar 2019 13:10

Xəbər 45 dəfə oxunub

Son bir ayda Ukraynada şaxtadan 64 nəfər ölüb.Azərtac xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.Bu müddətdə 1037 nəfər soyuq travmasından həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.Səhiyyə Nazirliyinin 1 nömrəli qaydasına görə, şaxtalı havada spirtli içkidən imtina edilməlidir. İnsanlar spirtin istilik yaratdığını düşünürlər, lakin bu, yanlışdır. İlkin olaraq, spirtli içki qızışma yaratsa da, bədənin daxili orqanlarının istiliyini itirir. Bundan başqa həkimlər hesab edir ki, hər saatdan bir qapalı isti məkanda olmaq lazımdır.Qeyd edək ki, son günlər Ukraynada 10-18 dərəcə şaxta hökm sürür.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17