Ukrayna yığması ilə yoldaşlıq oyunu keçiriləcək

13 Mart 2018 12:33

Xəbər 154 dəfə oxunub

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 13-dən 17-dək Kiyevdə təlim-məşq toplanışı olacaq.Azərtac AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.Komandalar martın 14-də və 17-də üz-üzə gələcəklər.Təlim-məşq toplanışına Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyəspor”, Türkiyə), Nərmin Əhmədli (“Təhsil”), Peritan Bozdağ (“Konak Bələdiyyəspor”, Türkiyə), Ayşən Əhmadova (“Gənclik”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfəddinova (“Gənclik”), Dilge Uyğun (“Ayntraxt”, Almaniya), Aytən İbadova (“Qubek”), Firəngiz Teymurova (“Keşlə”), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Rövşanə Sərdarlı (“Gənclik”), Muazzəz Yağmur Özkumru (“Konak Bələdiyyəspor”, Türkiyə), Ülkü Özdəmir (“Montabaur”, Almaniya), Arzu Əliyeva (“Sumqayıt”), Haticə Özdəmir (“Montabaur”, Almaniya) və Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyəspor”, Türkiyə) dəvət olunublar.xeber100.com

 

Reklam

Futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısı açıqlanıb

UEFA 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısını açıqlayıb.Azərac xəbər verir ki, səfirlər gələn ilin yayında təşkil olunacaq çempionatın təbliğat kampaniyasında iştirak edəcəklər.Müxtəlif ölkələri təmsil edən səfirlərin siyahısında Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deko (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Dessayi (Fransa), Yuri Corkayef (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yurgen Klinsmann (Almaniya), Patrik Klyuvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaijka Mendiyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nuno Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (Çexiya), Karles Puyol (İspaniya), Rikardo Karvalyo (Portuqaliya), Peter Şmeyhel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmiçer (Çexiya), David Trezeqe (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya) və Canluka Zambrotta (İtaliya) yer alıblar.Avropa çempionatının 60 illik yubileyi münasibətilə turnirin tarixində ilk dəfə olaraq “Avro 2020”nin final mərhələsi qitənin 12 müxtəlif ölkəsində təşkil olunacaq. Bakı Olimpiya Stadionu “Avro 2020”nin qrup mərhələsində üç, 1/4 final mərhələsində isə bir oyununa ev sahibliyi edəcək.xeber100.com

Mart 22, 2019 14:46

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27