Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində

3 İyun 2019 15:29

Xəbər 77 dəfə oxunub

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində daha çox 4 partiyanın üzvləri deputat mandatı qazanacaqlar.Azərtac xəbər verir ki, bu barədə Ukraynanın 3 yerli sosial mərkəzinin birgə keçirdiyi rəy sorğusunda qeyd edilir.Sorğuya əsasən, Vladimir Zelenskinin partiyası olan “Xalqın xidmətçisi” daha çox 40,9 faiz səs toplayıb. “Müxalifət platforması” 11,1 faiz, sabiq Prezident Petro Poroşenkonun yeni yaratdığı “Avropa həmrəyliyi” partiyası 10,5 faiz, Ukraynanın sabiq Baş Naziri Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyası isə 9,3 faiz səs qazana bilib.Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabr ayında keçirilməli idi. Lakin Prezident Vladimir Zelenski parlamentin buraxılması barədə fərman imzalayıb və növbədənkənar parlament seçkiləri iyulun 21-nə təyin olunub.xeber100.com

Beynəlxalq hava limanında bütün uçuşlar təxirə salınıb

Çinin Honkonq xüsusi inzibati bölgəsindəki beynəlxalq hava limanında yerli vaxtla saat 16:30-dan sonra bütün uçuşlar təxirə salınıb.Azərtac Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, buna səbəb Honkonqda davam edən etiraz aksiyalarıdır. Belə ki, etirazçıların ən çox toplaşdığı məkanlardan biri məhz beynəlxalq hava limanıdır. Eyni hal avqustun 12-də də baş vermişdi.Honkonq beynəlxalq hava limanının rəsmi internet səhifəsində uçuşların təxirə salınması barədə elan yerləşdirilib və bütün sərnişinlərə aeroport terminallarını tərk etmək tövsiyə olunub. Avqustun 13-nə nəzərdə tutulan təxminən 370 reysin təxirə salınması on minlərlə sərnişinin çarəsiz vəziyyətə düşməsinə səbəb olub.Ötən il 74,7 milyon sərnişinə xidmət göstərmiş Honkonq beynəlxalq hava limanı dünyanın ən işgüzar aeroportlarından biri olmaqla yanaşı, şəhərin dünyaya açılan əsas qapısıdır.Qeyd edək ki, son aylar Honkonqda ekstradiya haqqında qanuna təklif olunan düzəlişə etiraz olaraq aksiyalar keçirilir. Honkonq hökumətinin icazəsi olmadan keçirilən aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis qanunsuz aksiyaları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.xeber100.com

Avqust 13, 2019 18:58

“Huawei” korporasiyası Harmoni OS əməliyyat sistemini təqdim edib

Çinin “Huawei” telekommunikasiya korporasiyası ABŞ tərəfindən qoyulan məhdudiyyətlər fonunda özünün Harmoni OS əməliyyat sistemini təqdim edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, təqdimat Dunquan şəhərində keçirilən Huawei Developer Conference çərçivəsində baş tutub. “Biz öz əməliyyat sistemimizi hazırlamışıq. O, smartfonlara, ağıllı saatlara, planşetlərə uyğun gəlir”, - deyə CBG “Huawei” kompaniyasının başçısı bildirib. Onun sözlərinə görə, Harmoni əməliyyat sistemi Androidi əvəzləyə bilər.Kompaniya, eyni zamanda, yenilənmiş EMUI 10 interfeysini də təqdim edib.Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Birləşmiş Ştatların Ticarət Nazirliyi isə mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.Osaka şəhərində keçirilən G20 sammitində ÇXR sədri Si Cinpinlə görüşən ABŞ prezidenti Amerika məhsullarını alması üçün “Huawei” kompaniyasına icazə verəcəyini deyib. Donald Tramp Çin lideri ilə danışıqlarda mili təhlükəsizliyin təmin olunması probleminin müzakirə edildiyini və yaxın günlərdə kompaniyanın qara siyahıdan çıxarılması məsələsinə baxılacağını bildirib. Sonradan Ağ ev sanksiyaların aradan qaldırılması qərarının Amerika firmalarının bütün məhsullarına aid olmadığını vurğulayıb.2018-ci ildə “Huawei” kompaniyasının gəliri 105 milyard dollar təşkil edib. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır.xeber100.com

Avqust 9, 2019 14:11