Ümumçin Xalq Nümayəndələri Yığıncağının sessiyasında

13 Mart 2018 16:18

Xəbər 260 dəfə oxunub

Pekində davam edən 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasında hökumətdə struktur islahatları ilə bağlı plan qəbul olunub.Azərtac xəbər verir ki, martın 13-də qəbul olunan plan Dövlət Şurasındakı (Nazirlər Kabineti) mövcud olan bəzi qurumların birləşdirilməsini, ləğv edilməsini və ya yenilərinin yaradılmasını, habelə mövcud təsisatların səlahiyyətlərinin artırılmasını nəzərdə tutur. Plana əsasən, Dövlət Şurası 26 nazirlik və komissiyadan ibarət olacaq, rəhbəri nazir statusu olan qurumların sayı 8-ə, nazir müavini statusunda olan təsisatların sayı isə 7-ə endiriləcək.Təbii Ehtiyatlar, Veteran Məsələləri və Fövqəladə İdarəetmə nazirliklərini yeni yaradılacaq qurumlardandır. Bundan başqa, Mədəniyyət Nazirliyi ilə Milli Turizm Administrasiyası birləşdirilərək Mədəniyyət və Turizm Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ləğv edilərək Kənd Təsərrüfatı və Kənd Məsələləri Nazirliyi yaradılacaq.Dövlət Şurasının nəzdində fəaliyyət göstərəcək yeni qurumlar arasında Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyi və Dövlət Miqrasiya Administrasiyası da vardır.xeber100.com

Reklam

“New Zealand Herald” qəzeti yazır…

Məscidlərə hücum edən şəxsin silah gəzdirmək lisenziyası olub. O, beş növ odlu silaha malik olub. Mən sizə indi yalnız bunu deyə bilərəm ki, bizim silaha nəzarətlə bağlı qanunlar dəyişdirilməlidir."New Zealand Herald" qəzeti xəbər verir ki, bu sözləri Yeni Zelandiyanın baş naziri Casinda Ardern deyib. Baş nazir diqqətə çatdırıb ki, 2005-ci, 2012-ci və 2017-ci illərdə bu sahədə qanunvericiliyin dəyişdirilməsinə cəhdlər göstərilib. İndi isə artıq dəyişikliklərin vaxtı çatıb.C.Ardern əlavə edib ki, məscidlərə hücuma görə üç nəfər saxlanılıb və onlardan biri Avstraliya vətəndaşıdır. Martın 16-da Kraystçörç məhkəməsi məscidə hücumda təqsirli bilinən 28 yaşlı Brenton Tarrantın aprelin 5-dək həbsdə saxlanması barədə qərar qəbul edib. O, qətllərin törədilməsində təqsirli bilinir. Saxlanılan şəxs bütün dünyanı gəzirmiş və bir neçə dəfə Yeni Zelandiyada da olub. Saxlanılanların heç biri nə Yeni Zelandiyada, nə də Avstraliyada kriminal keçmişə malik olmayıb.B.Tarrantanın vəkili bildirib ki, girov müqabilində onun azadlığa buraxılması barədə müraciət olunmayacaq.Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məscidə silahlı hücum olub. Nəticədə 50 nəfər öldürülüb, 48 nəfər isə xəstəxanalara yerləşdirilib. Baş nazir C.Ardern baş verən hadisəni terror aktı adlandırıb.xeber100.com

Mart 16, 2019 18:42

“Boeing-737 MAX 8” təyyarələrinin uçuşları dayandırılıb

Efiopiyada “Boeing-737-8” təyyarəsinin qəzaya uğraması nəticəsində 35 ölkədən olan 157 nəfər həlak olub. Bu insidentdən sonra Çin hökuməti öz aviaşirkətlərinin sərəncamında olan “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.Reuters agentliyi xəbər verir ki, qəzanın baş verməsi səbəbi hələ məlum olmasa da, Pekin 2016-cı ildən istifadəyə verilən və “Boeing-737” təyyarələrinin altıncı nəsli sayılan “Boeing-737 MAX 8”lərin uçuşlarının dayandırılması barədə qərar qəbul edib. Çin Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir ki, bu qərarın qəbul olunmasının səbəbi ötən ilin oktyabrında İndoneziyanın “Lion AIR” aviaşirkətinin də eyni markalı təyyarəsinin havada qəzaya uğraması ilə son insidentin bənzər olmasıdır.Ekspertlər ehtimal edirlər ki, ötən il baş vermiş qəzanın pilotun səhvi nəticəsində baş verdiyi məlum olduğundan, hələ ki, “Boeing”i ittiham etmək mümkün deyil. Bununla belə, Air China, China Eastern Airlines, China Southern Airlines kimi böyük aviaşirkətlərin daxil olduqları Çin mülki aviasiyası xəttə olan 90 ədəd “Boeing-737 MAX 8”lərin uçuşlarını dayandırıb.Çinin bu addımından sonra Efiopiya Hava Yolları da sərəncamında olan 4 ədəd “Boeing-737 MAX 8” təyyarələrinin uçuşlarını dayandırıb.Bundan başqa, bir neçə Şimali Amerika aviaşirkətləri də Efiopiyada baş vermiş qəzanın təhqiqatının nəticələrini gözlədiklərini bəyan ediblər. “Boeing” şirkəti isə həlak olanların ailələrinə başsağlığı verib və texniki kömək göstərməyə hazır olduğunu bəyan edib.xeber100.com

Mart 11, 2019 13:46