“US News and World Report” jurnalı yazır…

19 İyul 2018 12:18

Xəbər 60 dəfə oxunub

ABŞ-da dərc olunan “US News and World Report” jurnalı maraqlı tədqiqat keçirərək iqtisadi, siyasi və hərbi baxımdan ən güclü dövlətlərin siyahısını tərtib edib və bu siyahıda İran 13-cü yeri tutub.Azərtac xəbər verir ki, Asiya və Avropa dövlətləri arasında İranın 13-cü olması onun uzun illər iqtisadi sanksiyalara məruz qalması ilə əlaqədardır. Sanksiyalar olmasaydı İran daha yüksək yerdə qərarlaşa bilərdi. Buna baxmayaraq İranın 100 dövlət arasında 13-cü olması yüksək göstərici hesab olunur.Siyahının ilk beşliyində ABŞ, Rusiya, Çin, Almaniya və Böyük Britaniya yer alıb. Bu dövlətlər iqtisadi və hərbi potensialları ilə qlobal siyasi proseslərə təsir etmək, həmin prosesləri istiqamətləndirmək imkanına malikdir.Türkiyə, Hindistan, Avstriya, İtaliya, Qətər, Niderland, Pakistan, İspaniya, və Misir siyahıda ilk onluğa daxildir. Bu dövlətlər son illərdə iqtisadi inkişafa qədəm qoyublar ki, bu da onların hərbi gücünün artmasına və dünya siyasətində iştirak etməsinə imkan yaradıb.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18