“Valensiya” çempionatın lideri “Barselona”nın qonağı olub

16 Aprel 2018 14:35

Xəbər 138 dəfə oxunub

Aprelin 15-də “Malaqa”-“Real Madrid” oyunu ilə 32-ci tura yekun vurulub.Azərtac xəbər verir ki, oyunun favoriti sayılan “madridlilər” 32-ci dəqiqədə hesabı açıblar, İsko fərqlənib – 0:1. Qarşılaşmanın 63-cü dəqiqəsində İskonun ötürməsindən sonra Kazemiro hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə meydan sahibləri qollardan birinin əvəzin çıxa bilib, Dieqo Rolan adını tabloya yazdırıb – 1:2. Görüş bu hesabla başa çatıb.Turun ən maraqlı qarşılaşması “Nou Kamp” stadionunda keçirilib. “Valensiya” çempionatın lideri “Barselona”nın qonağı olub. Bu görüş də “katalonya”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində L.Suarez, Samuel Müdiri qonaqlarda isə Daniel Parexo fərqlənib.”Atletiko Madrid” doğma meydanda “Levante”nin qapısından üç cavabsız top keçirib – 3:0. Meydan sahiblərinin heyətində Korrea, Qrizmann, Torres fərqləniblər.Çempionatın 32 turundan sonra turnir cədvəlinə 82 xalla “Barselona” klubu başçılıq edir. 71 xalla “Atletiko Madrid” ikinci, “Real Madrid” isə 67 xalla üçüncü yerdə qərarlaşıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Girona”-“Betis” – 0:1.

“Sevilya”-“Villyareal” – 2:2.

“Las Palmas”-“Real Sosyedad” – 0:1.

“Leganes”-“Selta Vigo” – 1:0.

“Atletik Bilbao”-“Deportivo” – 2:3.

“Eybar”-“Alaves” – 0:1.

“Atletiko Madrid”-“Levante” – 3:0.

“Xetafe”-“Espanyol” – 1:0.xeber100.com

Reklam

Futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısı açıqlanıb

UEFA 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ulduz səfirlərinin siyahısını açıqlayıb.Azərac xəbər verir ki, səfirlər gələn ilin yayında təşkil olunacaq çempionatın təbliğat kampaniyasında iştirak edəcəklər.Müxtəlif ölkələri təmsil edən səfirlərin siyahısında Andrey Arşavin (Rusiya), Angelos Xaristeas (Yunanıstan), Deko (Portuqaliya), Alessandro Del Pyero (İtaliya), Marsel Dessayi (Fransa), Yuri Corkayef (Fransa), Ruud Qullit (Hollandiya), Tyerri Anri (Fransa), Kristian Karambö (Fransa), Yurgen Klinsmann (Almaniya), Patrik Klyuvert (Hollandiya), Henrik Larsson (İsveç), Brayan Laudrup (Danimarka), Luiş Fiqu (Portuqaliya), Manişe (Portuqaliya), Lotar Matteus (Almaniya), Stiv Makmanaman (İngiltərə), Qaijka Mendiyeta (İspaniya), Antonios Nikopolidis (Yunanıstan), Nuno Qomeş (Portuqaliya), Maykl Ouen (İngiltərə), Rober Pires (Fransa), Karel Poborski (Çexiya), Karles Puyol (İspaniya), Rikardo Karvalyo (Portuqaliya), Peter Şmeyhel (Danimarka), Klarens Zeedorf (Hollandiya), Alan Şirer (İngiltərə), Vladimir Şmiçer (Çexiya), David Trezeqe (Fransa), Vitor Baya (Portuqaliya), Xabi Alonso (İspaniya), Xavi Ernandes (İspaniya) və Canluka Zambrotta (İtaliya) yer alıblar.Avropa çempionatının 60 illik yubileyi münasibətilə turnirin tarixində ilk dəfə olaraq “Avro 2020”nin final mərhələsi qitənin 12 müxtəlif ölkəsində təşkil olunacaq. Bakı Olimpiya Stadionu “Avro 2020”nin qrup mərhələsində üç, 1/4 final mərhələsində isə bir oyununa ev sahibliyi edəcək.xeber100.com

Mart 22, 2019 14:46

“Formula 1” yarışı 26-28 aprel tarixlərində baş tutacaq

Bakıda növbəti "Formula 1" yarışı 26-28 aprel tarixlərində baş tutacaq.Milli.az-a Bakı Şəhər Haqlasından verilən məlumata görə, bununla bağlı Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirir.Bu işlərin davamı olaraq Puşkin küçəsinin Üzeyir Hacibəyov və Xaqani küçələrinin kəsişmələri arasında olan yol mart ayının 22-dən 26-dək və həmin küçənin Üzeyir Hacibəyov və Neftçilər küçələrinin kəsişmələri arasında yol hissəsi 27 mart - 8 aprel tarixlərində asfalt örtüyünün təmirinə bağlanacaq. Bu ərəfələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, lakin Hökümət Evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.Bundan əlavə, aşağıda göstərilən zonalarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq: - Neftçilər prospektinin Rəşid Behbudov və Tərlan Əliyarbəyov küçələrinin kəsişmələri arasındakı yol hissəsi mart ayının 22-dən 26-dək qismən bağlanacaq, - Bül-bül prospektinin Xaqani və Zərifə Əliyeva küçələrinin kəsişmələri arasındakı yol hissəsi 27 mart - 8 aprel tarixlərində qismən bağlanacaq. - Xaqani küçəsinin Puşkin küçəsi və Bül-bül prospekti ilə kəsişmələri arasında yol hissəsi aprel ayının 1-dən 8-dək qismən bağlanacaq.Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.xeber100.com

Mart 21, 2019 13:27