“Vaşinqton Post” qəzeti yazır…

27 Oktyabr 2018 22:37

Xəbər 92 dəfə oxunub

Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının yazarı olduğu “Vaşinqton Post” qəzetində Stiv Andreasen imzası ilə yayımlanmış məqalədə Ər-Riyadın cinayət işlədib cavabsız qalacağını düşündüyü vurğulanıb.Milli.az bildirir ki, qeyd olunur ki, beynəlxalq media hədəf kütlələri üçün bu “hekayə”ni anlatmaqda açar rolu oynayıb, olayı manşetlərə çıxarıb: “Qəbul etmək lazımdır ki, beynəlxalq mediaya Türkiyə hökumətindən yardım gəldi”.Bu arada “Tvitter”dəki “Vaşinqton Post” səhifəsinin redaktoru Karen Attiah və “Buzzfeed” adlı internet saytının redaktoru Tom Qara arasında Türkiyənin beynəlxalq mediadakı rolu mövzusunda dialoqu diqqət çəkib.Tom Qara mesajında “Bu hekayə təxmin edildiyindən daha uzun müddətə gündəmdə qaldı. Türkiyənin bu məsələni bu qədər manşetdə saxlamağı bacarması heyrətamizdir”, – deyə bildirib.Karen Attiah isə cavab paylaşımında “Türkiyə unanılmaz və gözəl bir iş ortaya qoydu, ancaq mövzu qapanmadı. Hamımız Qaşıqçı mövzusunu izləməyə davam etməliyik”, – deyə bildirib.xeber100.com

Reklam