Vergilər naziri vətəndaşları qəbul edib

12 Mart 2018 15:26

Xəbər 143 dəfə oxunub

Vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Azərtac-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edib.Qəbulda vətəndaşlar əsasən, vergi orqanlarına işə qəbul, strukturlarda iş yerlərinin dəyişdirilməsi, vergi inzibatçılığı və digər məsələlərlə əlaqədar müraciət ediblər.Görüşdə vətəndaşların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.xeber100.com

Reklam

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Mayın 10-da Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, komitə sədri Eldar İbrahimov gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə üç məsələ daxildir.Əvvəlcə iclasda “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadənin təmin edilməsi, bu torpaqların icarəyə verilməsi sahəsində mövcud olan problemlərin həlli, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə hazırlanıb və həmin torpaqların icarəyə verilməsinin xüsusiyyətlərini (dövlət mülkiyyətində olan digər torpaqların icarəsindən fərqli qaydalar müəyyən etməklə) tənzimləyir. Qanun layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək istəyən şəxsin müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanlarna) müraciəti (ərizəsi), ərizəyə əlavə olunan sənədlərin siyahısı, müraciətə baxılması qaydası, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildikdə, onun razılıq alınması üçün aidiyyəti müvafiq icra hakimiyyəti orqanına göndərilməsi, bu orqanın razılığının verilməsi, yaxud razılıq verilməsindən imtinası, razılıq verildikdə icarə müqaviləsinin bağlanması ilə bağlı məsələlər tənzimlənib. Ərizəyə dair tələblər “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq müəyyən edilir. Bununla da dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə götürmək istəyən şəxs bir quruma müraciət edir, digər qurumla icarəyə götürmək istəyən şəxs quruma müraciət edir, digər qurumla razılaşdırma isə şəxsin iştirakı olmadan qısa müddətdə həyata keçirilir, həmin qurumun razılığı olduqda isə icarə müqaviləsi bağlanır.Sonra deputatlar Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini nəzərdən keçiriblər. Qeyd olunub ki, Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi “Torpaq icarəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb.Bundan başqa, iclasda “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun layihəsi də müzakirə edilib.Deputatlar gündəliyə daxil olan məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com

May 10, 2018 14:59

Səyyar “ASAN xidmət” vətəndaşlara xidmət göstərməyə başlayıb

Səyyar “ASAN xidmət” mayın 1-dən Tovuz rayonunun Qovlar qəsəbəsində vətəndaşlara xidmət göstərməyə başlayıb.“ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov Azərtac-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 15 gün müddətində Tovuz rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 14 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər xidmətlərdən yararlana biləcəklər. Bundan əlavə, mobil səyyar “ASAN xidmət” tərəfindən Tovuz rayonunun bütün yaşayış məntəqələrində sakinlərə xidmətlər göstəriləcək.Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.xeber100.com

May 1, 2018 13:02

II Milli Mühasiblər Forumu keçiriləcək

Aprelin 28-29-da Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində mühasibat uçotu sahəsində müasir çağırışlar çərçivəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi Gənc Mühasiblər Birliyinin iştirakı ilə II Milli Mühasiblər Forumu keçiriləcək.Azərtac vergiler.az saytına istinadla bildirir ki, dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunması məqsədilə keçiriləcək forumda mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi, vergi qanunvericiliyi və mühasibat uçotu, büdcə və QHT sektorunda uçot və hesabatın təşkili problemləri, kommersiya qurumlarında uçot və hesabatın problemləri, mühasibat proqramları təminatında müasir çağırışlar, təhsil və sertifikasiya, mühasibat uçotu üzrə karyera və şəxsi inkişaf imkanları mövzuları müzakirə ediləcək.Tədbir çərçivəsində, həmçinin, mühasibat uçotu sahəsində 2018-ci ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı nominasiyaları üzrə müsabiqələr də təşkil olunacaq. Qalibləri mükafatlar, qiymətli hədiyyələr və sertifikatlar gözləyir.xeber100.com  

Aprel 25, 2018 14:01

İstehlakçı hüquqlarına dair konfrans keçirilib

Aprelin 13-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Saatlıda istehlakçı hüquqlarına dair konfrans keçirilib."Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda keçirilən tədbirdə Dövlət Xidmətinin əməkdaşları məruzələrlə çıxış edib, ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması, xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların mal alarkən diqqət yetirməli olduğu məsələlər və s. barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.Həmin gün, həmçinin rayonda fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda təlim kursu keçirilib. Dövlət Xidmətinin əməkdaşları tərəfindən dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.Tədbirlərdə Saatlı rayonunun aidiyyəti dövlət orqanlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin nümayəndələri və 150-ə yaxın istehlakçı iştirak edib.xeber100.com

Aprel 13, 2018 13:41

“Aztelekom” 4G texnologiyasının tətbiqinə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti Xaçmazda 4G texnologiyasının tətbiqinə başlayıb.Azərtac-ın bölgə müxbiri xəbər verir ki, pilot layihə olaraq, Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Bu, abunəçilərin internetlə yanaşı, digər multimedia xidmətlərindən istifadəsinə də imkan yaradır.Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilər 100 Mbit/san sürətlə internet xidmətindən istifadə edə biləcək. Gələcəkdə çətin relyef və coğrafi mövqedə yerləşən ərazilərdə 4-cü nəsil texnologiyanın tətbiqi istiqamətdə işlər davam etdiriləcək.“Aztelekom” MMC-nin şöbə müdiri Emin Quliyev bildirib ki, regionlarda yeni texnologiyaların tətbiqi ilə telekommunikasiya infrastrukturunu müasirləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində ötən ilin sonunda başlanan pilot layihə müsbət nəticələrlə sona çatdırılıb. “Hazırda Xaçmaz rayonunun iki kəndində simsiz şəbəkə istifadəyə verilib. Quraşdırılan avadanlıqlar vasitəsilə abunəçilərimizə 100 Mbit/san sürətlə internet vermək mümkündür. Bu da imkan yaradacaq ki, müştəri internet xidməti ilə yanaşı, digər İP xidmətlərindən də rahat istifadə edə bilsin. Gələcəkdə telefonlaşması çətin olan digər bölgələrimizdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək”, - deyə Emin Quliyev qeyd edib.Ötən ildən həyata keçirilən layihələr nəticəsində bir sıra regionlarda köhnəlmiş avadanlıqlar yeni avadanlıqlarla əvəzlənib. Bununla yanaşı, telefonlaşmayan ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün 4-cü nəsil texnologiyaların (4G) tətbiqi nəzərdə tutulur.xeber100.com

Aprel 3, 2018 12:45