Voleybol komandaları arasında qalib müəyyənləşib

23 Aprel 2018 13:42

Xəbər 162 dəfə oxunub

Kişi voleybol komandaları arasında Azərbaycan Super Liqasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın final mərhələsi çərçivəsində üçüncü yer uğrunda cavab oyununda “Neftçi” və MOİK komandaları qarşılaşıblar. Görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda da “Neftçi” eyni hesablı qələbə qazanıb. İki görüşün nəticəsinə görə, “Neftçi” yarışın bürünc medalına sahib olub.Qızıl medal uğrunda cavab görüşündə isə “Lokomotiv” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. İlk görüşdə rəqibini 3:1, cavab oyununda isə 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” Azərbaycan Super Liqasının qalibi olub.xeber100.com

Reklam

İspaniya çempionatının 19-cu turunda 400-cü qol vurulub

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi La Liqanın 19-cu turunda “Eybar”la oyunun 53-cü dəqiqəsində rəqib komandanın qapısına yol tapmaqla İspaniya çempionatında 400-cü qolunu vurub.Azərtac “Barselona”nın saytına istinadla xəbər verir ki, 31 yaşlı futbolçu İspaniya çempionatlarında meydana çıxdığı 435 oyunda 400 dəfə fərqlənib. Onun məhsuldarlıq göstəricisi orta hesabla 0,92 faiz təşkil edir.Messi La Liqanın 90 illik tarixində ən çox qol vuran futbolçudur. “Real Madrid”in sabiq hücumçusu Kriştiano Ronaldo 311 qol ilə siyahıda ikinci yerdədir. Siyahıda digər yerlərdə Telmo Zarra (251), Huqo Sançez (234) və Raul Qonzales (228) qərarlaşıblar.Argentinalı forvard bu göstərici ilə həm də Avropanın beş böyük milli çempionatında ən çox qol vuran futbolçular arasında da liderdir. Belə ki, 1965-1979-cu illərdə “Bavariya”nın sabiq hücumçusu Gerd Müller 365, 1957-1971-ci illərdə “Çelsi”, “Tottenhem” və “Vest Hem”də forma geyən ingiltərəli forvard Cimmi Qrivs isə 357 dəfə fərqləniblər.Messi karyerası ərzində “Barselona”nın heyətində indiyədək 659 oyunda 575 qol vurub və 224 məhsuldar ötürmə verib. Argentinalı futbolçu cari mövsümdə La Liqada 17 oyunda 17 dəfə adını tabloya yazdırıb.Hücumçu Argentina millisinin heyətində 128 oyunda 65 qol vurub.xeber100.com

Yanvar 14, 2019 09:36