Xətai Sənət Mərkəzində “Qrafika 2019” adlı yekun sərgi açılacaq

5 Yanvar 2019 10:57

Xəbər 140 dəfə oxunub

Yanvarın 8-də Xətai Sənət Mərkəzində “Azərbaycan təsviri sənətində qrafika dünən və bu gün” adlı respublika rəsm müsabiqəsinin “Qrafika 2019” adlı yekun sərgisi açılacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyasının dəstəyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. 380-dan çox qrafika və qrafika yönlü əsərlərin təqdim edildiyi müsabiqədə 76 əsər seçilərək sərgidə iştirak etmək şansı qazanıb.Qaliblər üçün mükafatla yanaşı, “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında yazı dərc olunması nəzərdə tutulub. Yanvarın 18-dək davam edəcək sərgidə klassik və gənc qrafiklərin əsərləri yer alacaq.Qeyd edək ki, müsabiqə müasir Azərbaycan incəsənətinin əsas növlərindən olan qrafikanın rolunu və mövqeyini genişləndirmək, mədəni ictimaiyyətin diqqətini bu sənət növünə cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını təbliğ etmək və rəssamların bu sahəyə intensiv müraciət etmələrini stimullaşdırmaq məqsədi ilə elan olunub.xeber100.com

Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək

İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.Xatırladaq ki, bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.xeber100.com

İyun 18, 2019 17:14