Xəzər dənizi üzrə iclas keçiriləcək

14 Avqust 2018 12:31

Xəbər 177 dəfə oxunub

Aktauda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq, Xarici İşlər nazirliklərinin himayəsi altında bu ilin payızında Azərbaycanda xarici işlər nazirlərinin müavinlərinin və ya səlahiyyətli nümayəndələrinin Xəzər dənizi üzrə iclası keçiriləcək.Azərtac xəbər verir ki, bunu mətbuata açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.xeber100.com

Reklam