Xalça Muzeyi mart ayının tədbirlər proqramını açıqlayıb

12 Mart 2019 14:36

Xəbər 87 dəfə oxunub

Xalça Muzeyi Novruz bayramı ilə bağlı tədbirlər proqramını açıqlayıb.Muzeydən Azərtac-a bildiriblər ki, martın 15-də saat 14:30-da muzeyin Şuşa filialı tamaşaçıları Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunan “Məclisi-üns – xan qızının qonaqları” adlı musiqili poeziya axşamına dəvət edir. Muzeyin qonaqları məşhur şairənin dövründəki yaradıcılıq məclislərinin ab-havasına baş vuracaqlar. Tədbirin əvvəlində Xurşidbanu Natəvan haqqında film təqdim ediləcək. Martın 16-sı balacalara “Cırtdanın Novruz bayramında macəraları” tamaşası təqdim ediləcək. Uşaqlar sevimli nağıl personajları ilə görüşərək, qədim Novruz bayramının adət-ənənələri ilə tanış olacaq, yeni biliklər qazanacaqlar. Martın 21-26-da isə “Uşaq muzeyi” şöbəsi gənc muzey qonaqlarını müxtəlif ustad dərslərində iştiraka dəvət edir.xeber100.com

Reklam

3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb

Aprelin 23-də “Pullman Baku” hotelində 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası öz işinə başlayıb.Azərtac xəbər verir ki, tədbir Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.Əvvəlcə dövlət himni səsləndirilib, ölkəmizin sağlamlıq turizmi barədə hazırlanmış videoçarx nümayiş olunub.“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında keçirilən tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət 100-dən çox xarici və yerli qonaq iştirak edir.Tədbirdə QSTF-nun sədri Ruslan Quliyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və başqaları çıxış edərək sağlamlıq turizmə həsr olunan tədbirin əhəmiyyətini qeyd ediblər.Bildirilib ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq.xeber100.com  

Aprel 23, 2019 12:27