Xaricilərin vətəndaşlıq alması proseduru sadələşdirilib

19 Sentyabr 2018 13:20

Xəbər 105 dəfə oxunub

Türkiyə xaricilərin vətəndaşlıq alması prosedurunu xeyli sadələşdirib. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə müvafiq fərman imzalayıb.Anadolu informasiya agentliyi xəbər verir k, fərmana əsasən, vətəndaşlıq almaq üçün nəzərdə tutulan fiksasiya kapitalının həcmi 2 milyon dollardan 500 min dollara, tələb olunan daşınmaz əmlakın minimum qiyməti isə 1 milyon dollardan 250 min dollara endirilib. Həmçinin xarici vətəndaşın 100 nəfəri işə götürməsi ilə bağlı maddədə dəyişikliklər edilib. Bundan sonra vətəndaşlıq hüququ almaq üçün 50 nəfəri işə götürmək kifayət edəcək. Eyni zamanda, Türkiyə vətəndaşlığı əldə etmək üçün tələb olunan və ölkənin banklarına yatırılan depozitin həcmi də 3 milyon dollardan 500 min dollara qədər azaldılıb.Xatırladaq ki, bu yaxınlarda fransız aktyoru Jerar Depardye Türkiyə vətəndaşlığı almaq istədiyini və oktyabr ayında bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyini bildirmişdi.xeber100.com

Reklam