Qazaxıstanın paytaxtı Astanada ənənəvi olaraq Yeni il qabağı xeyriyyə sərgisi və yarmarkası keçirilib.Azərtac xəbər verir ki, Qazaxıstanda Akkreditə Olunmuş Diplomatik Korpus Rəhbərlərinin Xanımları Klubunun təşəbbüsü və səfirliklərin təşkilatçılığı ilə hər il keçirilən aksiyada 54 ölkənin səfirliyi iştirak edir.Azərbaycanın Qazaxıstandakı səfirliyi bu il keçirilən aksiyada ilk dəfə olaraq ölkəmizi təmsil edib.Xeyriyyə yarmarkasında xüsusilə Azərbaycandan gətirilən məhsullar, Astanada hazırlanmış milli mətbəximizin ləziz xörəkləri və şirniyyatları, mətbəximizə aid müxtəlif təamlar böyük marağa səbəb olub. Eləcə də Azərbaycan şərabları, nar şirəsi və digər məhsullarımız ən çox satılanlar sırasında olub.Şəhər sakinlərinə və qonaqlara Azərbaycan suvenirləri, simvolik hədiyyələri, milli kulinariyamıza aid olan şəkərbura, paxlava və digər şirniyyat növləri təqdim olunub. Azərbaycanın müxtəlif növ çay məhsulları sərginin ən diqqətdə olan məhsulları sırasına aid edilib. Meyvələrdən hazırlanan mürəbbələr, müxtəlif şirələr və kompotlar yalnız Azərbaycan səfirliyinin hazırladığı stenddə nümayiş olunub ki, bu da yarmarka iştirakçılarının daha çox diqqətini çəkib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…