XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

12 Aprel 2018 15:20

Xəbər 30 dəfə oxunub

Aprelin 11-də İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.Azərtac xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən hazırkı və keçmiş dövlət və hökumət başçıları, eləcə də Azərbaycan və Türkiyədən rəsmi şəxslər, həmçinin nazirlər, səfirlər, tanınmış alimlər, QHT və KİV rəhbərləri iştirakı edirlər.Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Makedoniya Respublikasının Prezidenti George İvanov, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və başqaları çıxış ediblər.İki gün ərzində toplantıda müasir dünyanın aktual problemləri müzakirə olunacaq.xeber100.com

 

Reklam

Ümumdünya Poçt İttifaqının yaz sessiyasında

İsveçrənin paytaxtı Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Administrasiyasının nümayəndələri də iştirak edirlər.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, sözügedən tədbirlər çərçivəsində ilk plenar iclasda ÜPİ-nin ən mühüm qurumlarından biri olan QSF (Xidmət Keyfiyyəti Fondu – Quality of Service Fund) Şurasına növbəti 3 illik dövr üzrə seçkilər keçirilib və QSF Şurasına üzvlüyə dünyanın 5 coğrafi regionundan namizədlər irəli sürülüb. Şərqi Avropa və Şimali Asiya regionundan namizədliyi verilmiş ölkələrdən biri də Azərbaycan nümayəndəsi olub.Seçkilərdə ölkəmizin nümayəndəsi səs çoxluğu ilə ÜPİ-nin QSF Şurasına yenidən üzv qəbul olunub. Qeyd edək ki, Şurada dünyanın 11 ölkəsinin nümayəndələri təmsil olunur və onlardan biri də Azərbaycandır.Bundan başqa, Azərbaycan Poçt Administrasiyası tərəfindən QSF proqramı çərçivəsində həyata keçirilmiş “Beynəlxalq poçt şəbəkəsinin inkişafı (3-cü hissə)” adlı layihə ÜPİ ekspertləri tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə görə ÜPİ-nin “Ən yaxşı idarəetmə” (“Best Management”) sertifikatı ilə mükafatlandırılıb.Mükafat ÜPİ-nin baş direktoru Bişar Hüseyn tərəfindən plenar iclasda Azərbaycan nümayəndələrinə təqdim edilib.xeber100.com

Aprel 25, 2018 14:05

Əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb

“Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti (SC) arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.Azərtac xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki qurum arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda, təcrübə mübadiləsinin həyata keçirilməsidir.Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında ilboyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün uzun müddətli olması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.Eyni zamanda, yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb. Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə hər iki qurum tərəfindən birgə addımların atılması planlaşdırılır.xeber100.com

Aprel 23, 2018 16:07

Razılaşma Protokolu imzalanıb

Aprelin 20-də Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında "Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında" Razılaşma Protokolu imzalanıb.DGK-nın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, məqsəd üçüncü şəxslər üçün mal idxal edən şəxslərin qanunvericiliyə əməl etməsi, vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi və sahibkarlıq subyektləri arasında rəqabət mühitinin qorunmasını təmin etməkdir.Razılaşma Protokolunda Azərbaycanda davamlı iqtisadi siyasətin və islahatların həyata keçirildiyi, o cümlədən irimiqyaslı konsepsiyaların, sosial, iqtisadi strategiyaların və proqramların qəbul edildiyi, eləcə də mövcud islahatlar fonunda vergidən yayınma hallarının aradan qaldırılması və büdcə daxilolmalarının tam həcmdə və vaxtında yığılmasına nail olmaq məqsədilə iqtisadi münasibətlərin şəffaflaşdırılmasının, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməsinin və könüllü əməletmə səviyyəsinin artırlımasının ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu vurğulanıb.Eyni zamanda, üçüncü şəxslər üçün mal idxal edən şəxslərin idxal əməliyyatlarına nəzarət edilməsinin vergi öhdəliklərinin düzgün müəyyən edilməsi məqsədilə idxal olunmuş malların faktiki sahibləri barədə məlumatların əldə edilməsinin, o cümlədən vergitutma obyektərinin uçotunun şəffaflaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun təmin eidlməsinin vacibliyi bəyan edilib.Razılaşma Protokolunda nəzərdə tutulan vəzifələrin icrasına yaxın günlərdə başlanılacaq.xeber100.com

Aprel 21, 2018 17:32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) hesabına tələbələrə əlavə təqaüd veriləcək.Gəmiçiliyin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas strateji hədəflərindən biri də gənclərdən ibarət peşəkar kadrların hazırlanmasıdır. Bu məqsədlə “AXDG” QSC-nin daxili imkanları hesabına mütəmadi olaraq beynəlxalq səviyyədə tanınan təcrübəli gəmiçilərin təlimləri təşkil edilir, gənc əməkdaşların dənizçilik sahəsində ixtisaslaşan nüfuzlu şirkətlərdə təcrübə keçmələri üçün xüsusi layihələr həyata keçirilir.“AXDG” QSC-nin Təqaüd Proqramına uyğun olaraq hər il magistr təhsili almaq üçün Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) məzunları dünyanın nüfuzlu ali məktəblərinə göndərilir. Bu, şirkətin kadr potensialının formalaşmasında savadlı, beynəlxalq standartlara cavab verən gənc dənizçilərə üstünlük verməsinin bariz nümunələrindən biridir.Bundan başqa, ADDA tələbələrinin beynəlxalq standartlara uyğun inkişafının təmini və peşəkarlığının artırılması məqsədilə onların AXDG-nin xarici sularda üzən gəmilərində təcrübə keçmələrinə imkan yaradılır.Digər tərəfdən, buraxılış imtahanlarından və müsahibələrdən uğurla keçən məzunlara gəmiçilikdə çalışmaları üçün “Zəmanət Məktub”u verilir.Bütün bunlarla yanaşı, “AXDG” QSC rəhbərliyinin qərarına əsasən dənizçilik sahəsində təhsil alan tələbələrin təhsilə olan maraqlarını artırmaq, onların peşəkar dənizçi kimi yetişmələrinə dəstək olmaq üçün həvəsləndirici layihələr də həyata keçirilir. Bu istiqamətdə daha bir mühüm addım atılıb. Belə ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında və akademiyanın nəzdində fəaliyyət göstərən Dənizçilik Kollecində əyani təhsil alan və təhsilində yüksək nəticələr göstərən tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin hesabına əlavə təqaüd veriləcək.Bununla bağlı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xüsusi qaydalar hazırlanıb və təsdiqlənib.Qaydalara əsasən, bu imkandan yalnız Azərbaycan vətəndaşları olan tələbələr yararlana biləcəklər.Təqaüd tələbələrin yüksək müvəffəqiyyət göstəricilərinə əsasən veriləcək. Belə ki, imtahan sessiyasının nəticələrinə görə hər bir fənn üzrə göstəricisi 91 baldan az olmayan, başqa sözlə, bütün fənlər üzrə 91-100 bal toplayan tələbələrə “AXDG” QSC tərəfindən hər ay 100 manat təqaüd ödəniləcək.xeber100.com

Aprel 20, 2018 11:13

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində

“Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 99 faizi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlərin ümumilikdə 96,3 faizi, ilk qazın ötürülməsinə dair işlərin isə 100 faizi icra edilib. Trans-Anadolu (TANAP) boru kəmərinin inşası üzrə işlərin 93 faizi, Trans-Adriatik (TAP) kəmərinin inşası üzrə işlərin 68,7 faizi yekunlaşıb.Bu barədə Azərtac-a “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) baş direktorunun müavini Rəşad Mustafayev deyib.“Həmin layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə indiyədək 9 milyard dollar investisiya qoyulub. Bu vəsaitin 3,7 milyard dolları “Şahdəniz-2” layihəsinə, 1 milyard dolları CQBKG-yə, 3,6 milyard dolları TANAP-a, 0,7 milyard dolları isə TAP layihəsinə xərclənib”, - deyə Rəşad Mustafayev əlavə edib.Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51 faizi dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz-2”, CQBKG, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli planlaşdırılır. Azərbaycan təbii qazının bu ilin iyulunda Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması nəzərdə tutulur.xeber100.com

Aprel 20, 2018 10:23

“Trans-Adriatik” qaz boru kəmərinin 80 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya marşrutunun 80 faizi tamamlanıb.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 610 kilometrində borular torpağa basdırılıb.Xatırladaq ki, bu il Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür.Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 1,2 milyard avroya qədər kredit ayırmağı planlaşdırır. Bu məbləğın 500 milyon avrosu EBRD tərəfindən birbaşa kreditlə, 700 milyon avrosu isə sindikatlaşdırılmış kredit formasında olacaq. Kreditin ayrılması barədə qərarın cari ilin ortalarına qədər qəbul ediləcəyi gözlənilir.Qeyd edək ki, TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə təxminən 70 faizi yekunlaşıb.Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirən İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 65 milyon kilometr yol qət edib və 23 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq.xeber100.com

Aprel 19, 2018 15:22