Yaponiya Cənubi Koreyaya etirazını bildirib

25 Aprel 2018 14:40

Xəbər 112 dəfə oxunub

Yaponiya Xarici İşlər Nazirliyi aprelin 27-də keçiriləcək koreyalararası sammitdə təklif ediləcək şokoladın üzərindəki fotoya görə Cənubi Koreyaya etirazını bildirib.NHK telekanalı xəbər verir ki, sammit zamanı planlaşdırılan naharın menyusu Cənubi Koreya Prezidentinin ofisi tərəfindən yayılıb.Yaponiya XİN-in bildirdiyinə görə, nahar zamanı təqdim ediləcək desert üçün nəzərdə tutulan şokoladın üzərində Yapon dənizində yerləşən mübahisəli Takeşima adasının rəsmi də yerləşdirilib. Yaponiya hökumətinin qənaətinə görə, bu ada Yaponiyanın ayrılmaz tərkib hissəsidir.XİN-in Asiya və Okeaniya bürosunun rəhbəri Kenci Kanaşuqi məsələ ilə əlaqədar aprelin 24-də Cənubi Koreya səfirinin müavini ilə Tokioda görüşüb. K.Kanaşuqi bildirib ki, bu addım Yaponiya üçün dərindən kədərləndirici və qəbuledilməz aktdır. O, Cənubi Koreya tərəfini nahar vaxtı desertdən imtina etməyə çağırıb.xeber100.com

Reklam

Moldova parlamenti vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib

Moldova parlamenti ikinci və son oxunuşda yeni vergi islahatlarını əhatə edən qanun layihəsini təsdiqləyib.Azərtac vergiler.az saytına istinadla bildirir ki, Moldovanın iqtisadi həyatı üçün inqilabi hadisə kimi qiymətləndirilən bu islahat fiziki şəxslərə vahid gəlir vergisi dərəcəsinin tətbiqini, eləcə də işəgötürənlərin sosial sığorta fonduna köçürdüyü vəsaitin azaldılmasını nəzərdə tutur.Beləliklə, Moldovada hazırda fiziki şəxslərdən tutulan 7 faizlik və 18 faizlik gəlir vergisinin dərəcəsi 12 faiz müəyyənləşdirilib. Bundan əlavə, fiziki şəxslər üçün gəlir vergisindən azadolma həddinin məbləği illik 11280 leydən (1159,5 manat) 24 minə (2467 manat) qaldırılıb. 2019-cu il üçün hesablanmış yaşayış minimumunun səviyyəsi isə 24 min leydir. Sahibkarlığa gəldikdə, parlament işəgötürənlərin sosial sığorta büdcəsinə köçürmələrinin məbləğini 23 faizdən 18 faizə endirməyi qərara alıb.Bu qanun layihəsini hazırlamış ekspertlərin mövqeyinə görə, qanunvericilikdə aparılmış ciddi dəyişikliklər əməkhaqqından tutulan vergi yükünün yüngülləşdirilməsinə, biznesin rəqabətədavamlılığının artmasına müsbət təsir göstərəcək və son nəticədə işçilərin və əhalinin real gəlirlərinin artmasına şərait yaradacaq.xeber100.com

Avqust 6, 2018 15:18