Yaponiya hökuməti qərar qəbul edib

2 Mart 2018 15:28

Xəbər 229 dəfə oxunub

Yaponiya hökuməti fevralın 26-da Papua-Yeni Qvineyada baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bu ölkəyə yardım göstərilməsi barədə qərar qəbul edib.Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki bürosuna verilən məlumatda bildirilir ki, yardımlar Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA) xətti ilə göstəriləcək.Məlumatda qeyd edilir ki, Yaponiya hökuməti Papua-Yeni Qvineya dövlətinin xahişini nəzərə alaraq yaranmış humanitar problemlərin aradan qaldırılması üçün lazımi yardımı göstərəcək.Xatırladaq ki, fevralın 26-da Papua-Yeni Qvineyanın mərkəzi hissəsində 7,5 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət dağıntılara və çoxlu sayda insanların xəsarət almasına səbəb olub. Yerli hökumətin rəsmi məlumatına görə, zəlzələ nəticəsində bu günədək 67 nəfər həlak olub, əsasən dağlıq ərazidə yerləşən təqribən 140 min nəfərə isə zərər dəyib.xeber100.com

Reklam

Prezident seçkilərinin birinci turunun son nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb.Azərtac xəbər verir ki, MSK 53 min 847 bülleteni etibarsız sayıb. Amma bu, ümumi nəticələrə təsir etməyib.MSK-nın məlumatına görə, ümumi seçicilərin 46,83 faizi və ya 1 milyon 677 min 878-i səsvermədə iştirak edib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. Onun lehinə 615 min 572 nəfər səs verib.“Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Onu 601 min 224 seçici dəstəkləyib.Müxalifətin digər namizədi David Bakradze 10,97 faiz səs toplayıb (174 min 849). Digər namizədlər isə 3 və daha az faiz səs toplayıblar.Beləliklə, noyabrın 28-nə təyin olunmuş ikinci turda Salome Zurabişvili ilə Qriqol Vaşadze prezidentlik uğrunda mübarizə aparacaqlar.İkinci turda 3705 seçki məntəqəsi, o cümlədən xarici ölkələrdə 55 məntəqə fəaliyyət göstərəcək.Əfqanıstanda sülhməramlı qüvvələrdə iştirak edən gürcü hərbçilər noyabrın 26-da səs verəcəklər.Bununla da Gürcüstan vətəndaşları sonuncu dəfə birbaşa səsvermə ilə 6 il müddətinə ölkənin 5-ci prezidentini seçəcəklər.Gürcüstanın yeni prezidentinin andiçmə günündə yeni Konstitusiya da qüvvəyə minəcək. Yeni Konstitusiyaya görə, 2024-cü ildə prezidenti parlamentdə 300 nəfərdən ibarət seçilmiş şəxslər (deputatlar, bələdiyyə sədrləri və sakrebul rəhbərləri) seçəcəklər.xeber100.com

Noyabr 16, 2018 13:27