Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi imzalanacaq

6 Yanvar 2019 13:04

Xəbər 60 dəfə oxunub

Yaponiyanın Rusiya ilə sülh müqaviləsi imzalaması Asiya-Sakit okean regionunda təhlükəsizliyə müsbət təsir göstərməklə yanaşı, Tokionun təhlükəsizliklə bağlı müqaviləyə malik olduğu ABŞ üçün də faydalı ola bilər.Milli.az xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bunu yanvarın 6-da NHK telekanalının efirində bəyan edib.”Yaponiya ilə ABŞ arasında təhlükəsizlik barədə müqavilə Yaponiyanın beynəlxalq təhlükəsizliyi üçün əsas zəmanət rolunu oynayır. Yaponiya və Rusiya arasında sülh müqaviləsinin imzalanması isə regional sabitliyə müsbət təsir göstərə bilər. Fikrimcə, bu, ABŞ üçün də müsbət hal olar”, – Baş nazir bildirib.Yaponiya hökumətinin başçısı, həmçinin qeyd edib ki, yanvarın ikinci yarısında o, Rusiyaya səfər edəcək.Xatırladaq ki, ötən il noyabrın 14-də Sinqapurda keçirilən görüşdə Şinzo Abe və Vladimir Putin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqların 1956-cı il oktyabrın 19-da imzalanmış Birgə Bəyannamə əsasında sürətləndirilməsi barədə razılığa gəliblər.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17