Yaponiya Nazirlər Kabineti hökumətin yeni tərkibini elan edib

2 Oktyabr 2018 12:19

Xəbər 107 dəfə oxunub

Oktyabrın 2-də Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa hökumətin yeni tərkibini elan edib.Azərtac xəbər verir ki, əvvəlki hökumətin tərkibinə daxil olan və Şinzo Abeyə yaxınlığı ilə seçilən altı nazir öz vəzifəsində saxlanılıb. Onlar Baş nazirin müavini və maliyyə naziri Taro Aso, baş katib Yoşihide Suqa, xarici işlər naziri Taro Kono, iqtisadiyyat, ticarət və sənaye naziri Horişiqe Seko, dövlət torpaqları və nəqliyyat naziri Keyiçi İşii və iqtisadi bərpa naziri Toşimitsu Moteqidir.Hökumətin üçdəikisi – 12 nazir tamamilə yenidir: müdafiə naziri Takeşi İvaya, ətraf mühit naziri Yoşiaki Harada, Okinava və şimal torpaqları, həmçinin inzibati islahatlar naziri Mitsuhiroşi Miyakoşi, ümummilli işlər və kommunikasiyalar naziri Masatoşi İşida, Olimiada və Paralimpiada üzrə nazir Yoşitaka Sakurada, elm və texnologiyalar naziri Takuya Hirai, təbii fəlakətlərdən sonra bərpa naziri Hiromiçi Vatanabe, təhsil, mədəniyyət və idman naziri Masahiko Şibayama, kənd, meşə və balıqçılıq təsərrüfatı naziri Takamori Yoşikava, ictimai təhlükəsizlik və əvəzçiliklə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Zyunzyo Yamamoto, yeni hökumətdə yeganə qadın – regionların inkişafı naziri Satsuki Katayama, səhiyyə və sosial təminat naziri Takumi Nemoto və ədliyyə naziri Takaşi Yamaşita.Həmin gün səhər Şinzo Abe özünün sayca üçüncü kabinetinin tam tərkibdə istefa ərizələrini qəbul edib.Bu gün Yaponiya hökuməti yeni tərkibdə İmperator Akihito tərəfindən təsdiq olunma mərasimində iştirak edəcək və bundan sonra rəsmi şəkildə formalaşmış hesab olunacaq.xeber100.com

Reklam

Prezident seçkilərinin birinci turunun son nəticələri açıqlanıb

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turunun son nəticələrini açıqlayıb.Azərtac xəbər verir ki, MSK 53 min 847 bülleteni etibarsız sayıb. Amma bu, ümumi nəticələrə təsir etməyib.MSK-nın məlumatına görə, ümumi seçicilərin 46,83 faizi və ya 1 milyon 677 min 878-i səsvermədə iştirak edib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. Onun lehinə 615 min 572 nəfər səs verib.“Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs toplayıb. Onu 601 min 224 seçici dəstəkləyib.Müxalifətin digər namizədi David Bakradze 10,97 faiz səs toplayıb (174 min 849). Digər namizədlər isə 3 və daha az faiz səs toplayıblar.Beləliklə, noyabrın 28-nə təyin olunmuş ikinci turda Salome Zurabişvili ilə Qriqol Vaşadze prezidentlik uğrunda mübarizə aparacaqlar.İkinci turda 3705 seçki məntəqəsi, o cümlədən xarici ölkələrdə 55 məntəqə fəaliyyət göstərəcək.Əfqanıstanda sülhməramlı qüvvələrdə iştirak edən gürcü hərbçilər noyabrın 26-da səs verəcəklər.Bununla da Gürcüstan vətəndaşları sonuncu dəfə birbaşa səsvermə ilə 6 il müddətinə ölkənin 5-ci prezidentini seçəcəklər.Gürcüstanın yeni prezidentinin andiçmə günündə yeni Konstitusiya da qüvvəyə minəcək. Yeni Konstitusiyaya görə, 2024-cü ildə prezidenti parlamentdə 300 nəfərdən ibarət seçilmiş şəxslər (deputatlar, bələdiyyə sədrləri və sakrebul rəhbərləri) seçəcəklər.xeber100.com

Noyabr 16, 2018 13:27