Yaponiya Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

12 Aprel 2018 15:53

Xəbər 202 dəfə oxunub

Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri Şimali Koreya nüvə silahından tam imtina edənədək bu ölkəyə maksimum təzyiqlərin davam etdirilməsi barədə razılığa gəliblər.Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın Yaponiya bürosuna verilən məlumatda bildirilir ki, bu barədə razılıq aprelin 11-də Yaponiyanın xarici işlər naziri Taro Kononun Seula səfəri çərçivəsində aparılan danışıqlar zamanı əldə edilib.Cənubi Koreyadan olan həmkarı Kan Qyon Xva ilə görüşdə T.Kono bəyan edib ki, Yaponiya və Cənubi Koreya aprelin 27-nə planlaşdırılan danışıqlar və bundan sonra keçiriləcək ABŞ və Şimali Koreya liderlərinin sammiti ilə əlaqədar informasiya mübadiləsini daha da intensivləşdirməli və əlaqələndirilmiş siyasət həyata keçirməlidirlər.xeber100.com

Reklam

London Aİ vətəndaşlarına viza rejimi tətbiq edəcək

Brexitin sazişsiz baş verəcəyi təqdirdə London ölkə ərazisində üç aydan artıq qalmaq istəyən Avropa İttifaqı vətəndaşları üçün viza rejimi tətbiq edəcək.Interfax informasiya agentliyi xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Sacid Cavid deyib.“Biz Böyük Britaniyanın biznes üçün açıq qalmasının təmin olunması üçün praktiki yanaşma tətbiq etməli və qanun pozuntularını minimuma endirməliyik. Bu səbəbdən keçid mexanizmlərinin vaxtına məhdudiyyətlər tətbiq edəcəyik və martın 29-dan sonra Avropa İttifaqı vətəndaşlarına müvəqqəti yaşama izni verəcəyik”, - deyə nazir bildirib. Onun sözlərinə görə, belə düzəlişlər Böyük Britaniyaya son on illər ərzində ilk dəfə olaraq sərhədə tam nəzarət etmək imkanı verəcək.Sərt Brexitin baş verəcəyi təqdirdə martın 29-dan sonra Böyük Britaniyaya gələn və ölkə ərazisində 3 aydan çox qalmaq niyyətində olan Avropa İttifaqı dövlətlərinin vətəndaşlarına müvəqqəti yaşama izni veriləcək. Həmin status üç il müddətinə tətbiq olunacaq, lakin bunun üçün rüsum ödənilməli və müəyyən prosedurlar həyata keçirilməlidir.Britaniya hökuməti də ölkənin Avropa İttifaqını sazişsiz tərk etməsinə hazırlığı davam etdirir. Bu məqsədlə Cəbəllütariq, Kipr və Folklend adalarında yerləşən xarici hərbi bazalarına və ölkə ərazisində yerləşən hərbi anbarlara ərzaq məhsulları, yanacaq, ehtiyat hissələri və hərbi sursat ehtiyatı toplanılır. Müdafiə Nazirliyi indiyədək bu məqsədlə 23 milyon funt sterlinq xərcləyib.xeber100.com

Yanvar 29, 2019 12:38