Yaponiyada 156 aviareys təxirə salınıb

8 Avqust 2018 12:59

Xəbər 135 dəfə oxunub

Avqustun 8-də Yaponiyaya yaxınlaşan “Şanşan” tufanına görə ən azı 156 aviareys təxirə salınıb.Azərtac xəbər verir ki, Yaponiyada sayca “13 nömrəli” adlandırılan “Şanşan” tufanı hazırda paytaxt Tokioya yaxınlaşır.Yaponiya Meteorologiya Agentliyindən bildirilir ki, paytaxt yaxınlığında yerləşən Çiba prefekturasında 100 mindən çox sakin təxliyə barədə xəbərdarlıq alıb. Onlara təxliyə məqsədilə hazırlanmış xüsusi mərkəzlərə getmək tövsiyə olunub.Sakit okeandan Yaponiyanın mərkəzi Hönşü adası istiqamətində irəliləyən tufanın avqustun 8-dən 9-na keçən gecə Çiba və İbaraki prefekturalarına çatacağı gözlənilir. Tufanın paytaxta avqustun 9-da günorta saatlarında çatacağı bildirilir. Artıq Çiba və İbaraki prefekturalarında, həmçinin Tokioda aramsız yağışlar başlayıb. Hava şəraitinin pisləşməsi səbəbindən Tokionun mərkəzində təqribən 600 evə elektrik enerjisinin verilişi kəsilib.xeber100.com

Reklam

Xarici siyasət idarələri Şərqdəki vəziyyəti müzakirə ediblər

ABŞ Suriyadan qoşunlarını çıxardıqdan sonra bu ölkədə “İslam dövləti” terrorçu qruplaşması ilə mübarizəni davam etdirəcək. Bu bəyanatı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo Qahirədə həmkarı Sameh Şükri ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında verib.Azərtac xəbər verir ki, Pompeonun sözlərinə görə, Suriyadan qoşunların çıxarılması ilə bağlı ABŞ Prezidenti Donald Trampın mövqeyi qətidir və bu qərar həyata keçiriləcək. Dövlət katibi əlavə edib ki, ABŞ qoşunları “İslam dövləti” terrorçu təşkilatına sarsıdıcı zərbələr endirməyə davam edəcək. Dövlət katibi deyib ki, bu terror təşkilatı hələ bir çox ölkədə fəaliyyət göstərir və bu kontekstdə ABŞ özünün Yaxın Şərqdəki müttəfiqləri ilə terrorçuluğa qarşı mübarizə sahəsində əlaqələri möhkəmlədəcək.M.Pompeo Misirin Yaxın Şərq regionunda mühüm rolunu qeyd edərək bildirib ki, Vaşinqton-Qahirə münasibətləri strateji xarakter daşıyır.ABŞ-ın dövlət katibi Misirin bir çox sahələrdə, xüsusən iqtisadiyyatda əldə etdiyi uğurları qeyd edib. O əlavə edib ki, Vaşinqtonda Əbdülfəttah əs-Sisinin rəhbərliyi altında Misirdə həyata keçirilən iqtisadi islahatları yüksək qiymətləndirirlər. Pompeo Misir liderinin etiqad azadlığı və dini tolerantlıq üzrə siyasətini xüsusi vurğulayıb.xeber100.com

Yanvar 11, 2019 12:17