“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

10 Oktyabr 2017 12:46

Xəbər 130 dəfə oxunub

Oktyabrın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında “Nə hərb, nə sülh” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, sərgi Azərbaycan rəssamlarının Qarabağ mövzusuna baxışını əks etdirir. Nə hərb, nə də sülh vəziyyətində yaşayan insanların mövcudluq faktı üzərində işləyən rəssamlar, bu həyatın müxtəlif tərəflərini göstərməklə, problemə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Atəşkəsin pozulmasını gündəlik həyatlarının ayrılmaz hissəsi hesab edən yerli sakinlər, öz həyatları bahasına yurdlarında yaşayırlar.Belə ki, fotoqraf Sitarə İbrahimova “Donmuş münaqişə”, “Qarabağda itkin düşənlər”, “Kənar” və “Veteran” adlı silsilə fotolarında müharibənin izləri ilə həyatlarını davam edən və hələ də müharibə şəraitində yaşayan insanları əks etdirir.Elturan Məmmədov “Top-20” adlı səs instalyasiyası hazırda Qarabağ bölgəsində yaşayan insanların reallıqdan qaçış kimi qiymətləndirərək, o zonada ən çox dinlənilən 20 musiqi trekini təqdim edir. Rəssamın digər “Bayraq” adlı əsəri bayrağın vətəndaşların ümumi ruh yüksəkliyini və xüsusən də, bu əhvalın Aprel döyüşləri dövründə daha da gücləndiyindən danışır.Elnur Babayevin “Qaçqınlar” silsiləsi 90-cı illərdə Qarabağdan qaçqın düşmüş insanların Sabirabadda məskunlaşmasından bəhs edir. Sənədli fotolarda təkcə tarixi hadisələrə istinad deyil, həm də yaşayış şəraiti və infrastrukturun, eləcə də ölkənin o zamankı vəziyyətini göstərir.İlkin Hüseynov “Müharibənin dumanı” adlanan fotosilsiləsi ilə cəbhə bölgələrində yaşayan insanların portretlərini təqdim edir.Erkin Ələkbərlinin “Xarı bülbül” əsəri Qarabağın simvolu sayılan gül vasitəsilə çatdırılan, sökülmüş şəhər, qırılmış həyatlar və sınmış arzuların alleqorik təcəssümüdür.Zamir Süleymanovun “Günah kimdədir?” instalyasiyası Qarabağ münaqişəsinin kimin günahkar olmasından və ümumiyyətlə Azərbaycanın regionda tutduğu geosiyasi mövqeyindən söhbət açır.xeber100.com

Reklam

“100 illik tariximiz” devizi altında yaradıcılıq festivalı keçiriləcək

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalı keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin əsas məqsədi zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayişi, bölgələrarası mübadilənin gücləndirilməsidir.Festival çərçivəsində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən sənətkarların əl işlərinin satış-sərgiləri, folklor kollektivləri və incəsənət ustalarının konsert proqramları təşkil olunacaq.Festivalın yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə regionların rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmaq imkanı yaradacaq. İlk tədbir iyunun 25-də reallaşacaq. Burada Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsinin hər birinin festival çadırları qurulacaq, şəhər və rayonların mədəni irsini əks etdirən xalq sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdiriləcək. Növbəti tədbirin iyunun 26-da – Azərbaycan Silahlı Qüvvələri Günündə Lənkəran şəhərində keçirilməsi planlaşdırılır. Daha sonra festival digər regionlarda (ümumilikdə 15 şəhər və rayonda) davam edəcək.xeber100.com  

İyun 22, 2018 14:29

“Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin və şəhər hakimiyyətinin dəstəyi ilə Səmərqənddə iyunun 9-dan 11-dək “Azərbaycan mədəniyyəti həftəsi” keçiriləcək. Tədbirlərdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.Azərtac xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 15 iyun – Milli Qurtuluş Gününə həsr edilən tədbirlər çərçivəsində Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq, şəhərin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında “Cümhuriyyətin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və konsert keçiriləcək. Konsertdə Özbəkistanın tanınmış musiqiçiləri, habelə azərbaycanlı saz ustaları, rəqs kollektivləri çıxış edəcəklər.Tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş etdiriləcək. Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin, habelə xanımların mərasim geyimləri ilk dəfə təqdim olunacaq. Mədəniyyət həftəsində “Şərqin ilk parlayan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” adlı foto və kitab sərgisi keçiriləcək, habelə adət-ənənələrimizi özündə əks etdirən stend qurulacaq, Azərbaycan suvenirləri, xalçaları, kəlağayıları sərgilənəcək.Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda yerli dildə çap olunmuş 50 adda kitab Səmərqənd kitabxanalarına hədiyyə ediləcək.xeber100.com

İyun 8, 2018 15:50

Vokalçıların VII Beynəlxalq müsabiqəsi təşkil olunacaq

Azərbaycan Respublikası Prezidentinin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 11 may tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə iyunun 4-dən 7-dək Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi keçiriləcək.Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, müsabiqə iştirakçılarının ifalarını musiqi mədəniyyətinin görkəmli nümayəndələri - münsiflər heyətinin sədri, Rusiya Federasiyasının Xalq Artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq Artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq Artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar İncəsənət Xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray qiymətləndirəcəklər.Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tədqiqatçı-alim və pedaqoq, tanınmış ictimai xadim, SSRİ Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün adını daşıyan müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda, dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.Müsabiqənin seçim turları iyunun 4-dən 7-dək Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. İyunun 4-dən 6-dək müsabiqənin I və II turları, iyunun 7-də isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19:00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19:00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.xeber100.com

May 31, 2018 15:10