Yeni Zelandiya parlamenti yeni qanun qəbul edib

15 Avqust 2018 15:37

Xəbər 107 dəfə oxunub

Yeni Zelandiya parlamenti evlərin xarici ölkə vətəndaşlarına satılmasını məhdudlaşdıran qanun qəbul edib.Azərtac xəbər verir ki, yeni qaydalara əsasən, əcnəbilər burada ev almazdan öncə sövdələşmənin ölkəyə xeyir gətirəcəyini sübut edərək xarici investisiyalar üzrə yerli idarənin razılığını almalıdır. Məhdudiyyətlər Avstraliya və Sinqapur vətəndaşlarına şamil olmayacaq.“The Financial Times” nəşrinin məlumatına görə, əhalisi 4,7 milyon nəfərə çatan Yeni Zelandiyada evlərin qiyməti son on ildə 60 faiz bahalaşıb. Bununla yanaşı, əhali arasında evə malik olanların payı isə 70 ildə ən minimum həddə enib.Ticarət naziri Devid Parker ötən kvartalda Oklend şəhərindəki evlərin 20 faizinin və ölkədə ən bahalı daşınmaz əmlakın olduğu Kuinstaun gölləri rayonundakı evlərin 10 faizinin xarici ölkə vətəndaşları tərəfindən satın alındığını bildirib. Qanunun əleyhdarları isə evlərin satışına qoyulan məhdudiyyətlərin ölkənin tikinti sahəsinə investisiyaların azalmasına gətirib çıxaracağını deyirlər. Buna baxmayaraq, 2017-ci ildə keçirilən sorğunun nəticələrinə əsasən, Yeni Zelandiya əhalisinin 72 faizi torpaqlara xarici ölkə vətəndaşlarının nəzarətinin sərtləşdirilməsini dəstəkləyir.xeber100.com

 

Reklam

“Silah haqqında” Qanuna düzəliş ediləcək

Misirin Nümayəndələr Palatası “Silah haqqında” Qanuna düzəliş edəcək.Azərtac xəbər verir ki, düzəliş layihəsinə əsasən, müvafiq lisenziya olmadan “soyuq silah” əldə edilməsinə və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, məscidlərdə və məbədlərdə, nəqliyyat vasitələrində bu silahların gəzdirilməsinə görə cəzanın sərtləşdirilməsi nəzərdə tutulur. Bu qayda müvafiq icazəsi olmadan “soyuq silah”, tapança və tüfənglərın idxalı, istehsalı və ya alveri ilə məşğul olan bütün şəxslərə də tətbiq ediləcək.Düzəlişlərə əsasən, müvafiq icazə olmadığı halda soyuq silah alınmasına və gəzdirilməsinə görə azı üç ay müddətinə azadlıqdan məhrumetmə və 500 Misir funtundan (təxminən 28 dollar) və 5 min Misir funtuna qədər (təxminən 280 dollar) cərimə nəzərdə tutulur. Bu cür silahların alınmasına və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə, məscidlərdə və məbədlərdə, nəqliyyat vasitələrində bu silahların gəzdirilməsinə görə azı 6 ay azadlıqdan məhrumetmə və 1 min Misir funtundan (təxminən 56 dollar) 10 min Misir funtuna qədər (təxminən 560 dollar) cərimə nəzərdə tutulur. Bundan əlavə, “soyuq silah”, səsli və pnevmatik tüfənglər və tapançalar, habelə onlar üçün döyüş sursatı alverinə, idxalına və ya istehsalına görə azı 1 il azadlıqdan məhrumetmə və 10 min Misir funtundan (təxminən 560 dollar) 50 min Misir funtuna qədər (təxminən 2800 dollar) cərimə nəzərdə tutulur.xeber100.com

Noyabr 8, 2018 15:30

El Pais qəzetinin məlumatına görə…

Kataloniya jeneralitetinin rəhbəri Kim Torra İspaniya prokurorluğunun sabiq yerli siyasətçilərə qarşı ittiham irəli sürməsindən sonra hökumət şurasının təcili iclasını çağırıb. Bu barədə məlumat hökumətin “Twitter” səhifəsində yerləşdirilib.El Pais qəzetinin məlumatına görə, ittiham tərəfi regional hökumətin sabiq sədr müavini Oriol Junkeras üçün 25 il, Katoloniya parlamentinin və milli assambleyasının sabiq sədrləri Karme Furkadey və Jordi Sançes üçün 17 il həbs cəzası istəyib. İttiham edilənlər arasında, həmçinin kabinetin beş sabiq müşaviri və digər şəxslər də var.Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90 faizindən çoxu müstəqilliyin lehinə səs verib.Oktyabrın 21-də krallıq hökumətinin başçısı Mariano Rahoy konstitusiyanın indiyədək istifadə olunmayan 155-ci maddəsini tətbiq edərək Kataloniyanın lideri Karles Puçdemonu və hökumət üzvlərini vəzifədən kənarlaşdırıb. Bundan sonra muxtariyyətin liderlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, parlamentin sabiq üzvlərinə və separatçı ictimai təşkilatların başçılarına qarşı üsyan və qiyamın təşkili, həmçinin dövlət vəsaitinin israf olunması ittihamı üzrə cinayət işləri açılıb.xeber100.com

Noyabr 2, 2018 16:01

NHK telekanalının məlumatı əsasında…

Yaponiyanın Baş naziri Şinzo Abe və hindistanlı həmkarı Narendra Modi oktyabrın 29-da Tokioda 12-ci sammitlərini keçirəcəklər.NHK telekanalı xəbər verir ki, hər iki lider ölkələri arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədirlər.Oktyabrın 28-də Ş.Abe və N.Modi Yaponiyanın mərkəzi hissəsində yerləşən Yamanaşi prefekturasına səfər ediblər və yapon lider hindistanlı həmkarını doğma Narusava kəndindəki iqamətgahına dəvət edib.Birlikdə nahar edən liderlər qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə müzakirələr aparıblar. N.Modi Şinzo Abenin evində ilk yüksək səviyyəli qonaq olub.Hər iki lider ertəsi gün keçiriləcək ikitərəfli sammitdə iştirak etmək üçün bazar günü axşam Tokioya dönüblər.Oktyabrın 29-da keçiriləcək sammit zamanı Ş.Abe və N.Modinin Hind və Sakit okeanlarında azad və aşkarlıq şəraitində hərəkəti təmin etmək məqsədilə birgə hərbi təlimləri genişləndirmək barədə razılığa gələcəkləri də gözlənilir.Həmçinin Hindistanın qərbində yüksəksürətli dəmir yolunun çəkilməsinə hər iki hökumətin yardım etməsi üçün razılığın əldə ediləcəyi də nəzərdə tutulur. Hökumətlər arasında həmin dəmir yolu xəttində Yaponiyanın “Şinkansen” superekspresslərinin istifadə edilməsi barədə razılıq artıq əldə edilib.xeber100.com

Oktyabr 29, 2018 11:40