Yunan-Roma güləşi üzrə “Martyrs Cup” turniri keçiriləcək

27 Noyabr 2018 12:00

Xəbər 84 dəfə oxunub

Noyabrın 28-dən 30-dək İranın Urmiya şəhərində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə “Martyrs Cup” turniri keçiriləcək.Azərtac xəbər verir ki, komanda yarışında əvvəlcə sərbəst, daha sonra isə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.Sərbəst güləşçilərin mübarizəsində məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət heyət qüvvəsini sınayacaq.Yunan-Roma güləşi üzrə komandamızda isə Zaur Əliyev (55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Ruslan Hədisov (67 kq), Niyaz Ərzumanov (72 kq), Cavid Miralayev (77 kq), Aslan Məmmədov (82 kq), Nəzərşah Fətullayev (87 kq), Rüfət Məmmədov (97 kq) və Sərxan Məmmədov (130 kq) yer alıb. Onlar böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin tapşırıqlarını yerinə yetirəcək.İkinci dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı “Martyrs Cup”da ədaləti qoruyacaq.xeber100.com

Reklam

UEFA Çempionlar Liqasının final mərhələsinə start veriləcək

Fevralın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün səkkizdəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, turnirin ilk oyun günündə maraq doğuran qarşılaşmalardan biri İngiltərədə keçiriləcək. “Mançester Yunayted” doğma azarkeşlər önündə Fransanın “Paris Sen-Jermen” komandası ilə üz-üzə gələcək. Hər iki komanda matça itkilərlə çıxacaq. Paris təmsilçisinin baş məşqçisi Tomas Tüxel üç əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Fransa klubunun heyətində müdafiəçi Tomas Mönye, hücumçular Edinson Kavani və Neymar zədə üzündən oyunu buraxacaqlar. Meydan sahiblərinin heyətində isə üç müdafiəçi zədəlidir. Markos Roxo, Antonio Valensiya və Matteo Darmian bu qarşılaşmada iştirak etməyəcəklər.Günün digər matçında “Roma” doğma meydanda Portuqaliyanın “Porto” klubunu qəbul edəcək. Meydan sahiblərinin heyətində Cengiz Ünder və Dieqo Perotti bu oyunda iştirak etməyəcəklər. Qonaq komandada isə Xesus Korona cəzalı, Mussa Mareqa isə zədəli olduqlarından meydana çıxa bilməyəcəklər.Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab matçları martın 6-da oynanılacaq.Xatırladaq ki, turnirin səkkizdəbir final mərhələsindən etibarən oyunlarda videonəzarət (VAR) sistemindən istifadə olunacaq.xeber100.com

Fevral 12, 2019 11:29

Velosiped İdmanı Federasiyasının məlumatına görə…

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qurumun bayrağı altında keçirilən bütün növlər üzrə dünya çempionatlarını (Olimpiya və qeyri-Olimpiya növləri) hər 4 ildən bir eyni ölkədə və eyni ayda təşkil edəcək. Qərar yalnız Yay Olimpiya Oyunlarından əvvəlki ildə keçiriləcək dünya çempionatlarına şamil ediləcək və 2023-cü ildə təşkil olunacaq ilk birləşmiş dünya çempionatlarının ev sahibi Şotlandiyanın Qlazqo şəhəri olacaq.Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, ötən ilin avqustunda Qlazqoda keçirilən və yüngül atletika, üzgüçülük, gimnastika, triatlon, qolf və avarçəkmə ilə yanaşı, velosiped idmanının da təmsil olunduğu birləşmiş Avropa çempionatlarının təhlili belə bir qərarın verilməsində həlledici rol oynayıb. Belə ki, şosse, trek, BMX və MTB (dağ velosipedi) üzrə birləşmiş qitə çempionatlarına olan tamaşaçı, teleyayım və sponsor maraqları UCI rəhbərliyini dünya çempionatları ilə bağlı tarixi qərar verməyə sövq edib.Beynəlxalq Velosipedçilər İttifaqının bayrağı altında hər il 13 növ üzrə dünya çempionatı təşkil edilir ki, bunların da 4-ü (şosse, trek, BMX və MTB) Olimpiya növüdür. Bütün 13 növ üzrə birləşmiş dünya çempionatları ilə bağlı qərar Avropa çempionatlarına da şamil ediləcək. 2023-cü ildə ilk birləşmiş qitə çempionatlarını qəbul edəcək ölkə isə yaxın aylarda müəyyənləşəcək.xeber100.com

Fevral 11, 2019 17:16