“Yuventus” futbol klubu yeni müqavilə imzalayacaq

6 Yanvar 2019 12:21

Xəbər 50 dəfə oxunub

“Yuventus”un hücumçusu Mario Mandzukiç Turin klubundan ayrılmayacaq.Milli.az xəbər verir ki, xorvatiyalı futbolçu “qoca sinyora” ilə müqaviləsinin müddətini uzatmağa yaxındır. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar yekunlaşmaq üzrədir. 32 yaşlı forvardın yaxın günlərdə İtaliya klubu ilə 2 illik sözləşmə imzalayacağı gözlənilir. Yeni anlaşmaya əsasən, onun illik maaşı 7,5 milyon avro olacaq.Qeyd edək ki, Mandzukiçin hazırkı müqaviləsi 2020-ci ilə qədərdir və futbolçu ilinə 4,5 milyon avro qazanır.xeber100.com

Reklam