“Yuventus” klubu 34-cü dəfə İtaliya çempionu adını qazanıb

14 May 2018 14:39

Xəbər 290 dəfə oxunub

“Yuventus” klubu tarixində 34-cü dəfə futbol üzrə İtaliya çempionu adını qazanıb.Azərtac xəbər verir ki, Turin komandası buna A Seriyasının sonuna bir tur qalmış nail olub. 37-ci turda səfərdə “Roma” ilə qolsuz heç-heçə edən “Qoca Sinyora” xallarını 92-yə çatdırıb. Meydan sahibləri 68-ci dəqiqədə Raca Nainqqolanın qırmızı vərəqə alması səbəbindən görüşü azlıqda başa vurublar.“Yuventus”un ən yaxın izləyicisi “Napoli” səfərdə “Sampdoriya”nı 72-ci dəqiqədə Arkadiuş Milik və 81-ci dəqiqədə Raul Albiolun qolları sayəsində 2:0 hesabı məğlub edib. Bu qələbədən sonra Neapol komandası xallarını 88-ə çatdırsa da, liderdən 4 xal geri qalıb.Nəticədə “ağ-qaralar” son turun nəticəsindən asılı olmayaraq, ardıcıl 7-ci dəfə A Seriyasının qalibi adını qazanıblar. Xallarını 74-ə çatdıran “Roma” isə bürünc medal qazanmaq şansını son tura saxlayıb.UEFA Avropa Liqasına düşmək uğrunda mübarizə aparan “Milan” və “Atalanta” üz-üzə qəlib. Oyunda hesabı qonaqlar açıblar. Yanik Kesi fərqlənib – 1:0. Matçın əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdirməyə nail olublar. Masiello adını tabloya yazdırıb – 1:1. Beləliklə görüş 1:1 hesabı ilə başa çatıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Bonevento” – “Genoya” – 1:0

“İnter” – “Sasuolo” – 1:2

“Bolonya” – “Kievo” – 1:2

“Fiorentino” – “Kalyari” – 0:1

“Verona” – “Udineze” – 0:1

“Torino” – “Spal” – 2:1

Beləliklə 37 turdan sonra İtaliya A Seriyasının bitməsinə bir tur qalmış çempionluğunu təmin edən “Yuventus” 92 xalla turnir cədvəlinə başçılıq edir. “Napoli” 88 xalla ikinci, “Roma” 74 xalla üçüncü, “Lazio” isə 72 xalla dördüncü sırada qərarlaşıblar.Qeyd edək ki, İtaliya çempionatının son turu mayın 19-da və 20-də keçiriləcək.xeber100.com

Reklam

Kosovo yığması ilə qarşılaşacaq milli komandanın heyəti açıqlanıb

Futbol üzrə UEFA Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, üç gün sonra isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, heyətə Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Emil Balayev(“Səbail”), Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hər üçü “Qarabağ”), Şəhriyar Əliyev(“Sumqayıt”), Təmkin Xəlilzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Tural Axundov (“Neftçi”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna), Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Əfran İsmayılov (“Sumqayıt”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev(“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya), Mahir Mədətov (“Qarabağ”), Mirabdulla Abbasov (“Neftçi”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya) və Ruslan Qurbanov (“Səbail”) dəvət olunublar.Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya Stadionunda keçirilən Malta-Azərbaycan oyununda qalib müəyyənləşməyib -1:1.xeber100.com

Noyabr 12, 2018 11:51

UEFA Millətlər Liqasında növbəti oyunun heyəti açıqlanıb

Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Malta qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.Milli.az xəbər verir ki, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü hücumçudur.Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik") Müdafiəçilər: Atli Qreqersen ("Vikinqur"), Odmar Feryo ("B-36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Yoqvan Roy Davidsen ("Torshavn"), Sonni Raqnar Nattestad ("Horsens", Danimarka), Hayni Vatnsdal ("Fremad Amager", Danimarka), Qunnar Vatnhamar ("Vikinqur"), Maqnus Egilsson ("Torshavn") Yarımmüdafiəçilər: Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Gilli Rolantsson Sörensen ("Brann", Norveç), Rene Şaki Yensen ("Qrindavik", İslandiya), Hallur Hansson ("Horsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Brüne", Norveç), Arni Frederiksberb ("NSİ Runavik"), Yohannes Byartalid ("Klaksvik"), Sölvi Vatnhamar ("Vikinqur") Hücumçular: Yohan Suymun Edmundsson ("Arminiya", Almaniya), Klemint Andrasson Olsen ("NSİ Runavik"), Yakub Tomsen ("Hafnarfyordur", İslandiya) Torshavnda Azərbaycan millisinin 3:0 hesabı ilə qalib gəldiyi ilk görüşlə müqayisədə Olsen 4 yeni oyunçuya - Frederiksberb, Byartalid, Vatnhamar və Tomsenə dəvət göndərib.Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlanacaq. Bundan 3 gün sonra isə Farer adaları Maltanın qonağı olacaq.xeber100.com

Noyabr 10, 2018 17:40