“Yuventus”un müdafiəçisi “Əl-Duhayl” klubuna transfer olunub

29 Yanvar 2019 11:15

Xəbər 129 dəfə oxunub

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mehdi Benatia Qətərin “Əl-Duhayl” komandasına transfer olunub.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçunun transfer qiyməti 8 milyon avro təşkil edib. Bu məbləğ 2019-cu ilin oktyabrınadək iki dəfəyə ödəniləcək. Məbləğ bonuslar hesabına daha 2 milyon avro arta bilər.Otuz bir yaşlı Benatia “Yuventus”a 2016-cı ildə Almaniyanın “Bavariya” klubundan 3 milyon avro müqabilində icarə əsasında keçib. Bir ildən sonra İtaliya klubu futbolçunun transfer hüququnu 17 milyon avroya alıb. Müdafiəçi Turin komandasında ümumilikdə 59 oyunda meydana çıxıb və 5 qol vurub. O, “qoca sinyora”nın heyətində iki dəfə İtaliya çempionu, iki dəfə də İtaliya Kubokunun qalibi olub. Benatia bunadək “Marsel”, “Tur”, “Loryan, “Klermon”, “Udineze” və “Roma” kimi komandaların şərəfini qoruyub. O, Mərakeş yığmasında 55 oyun keçirib və 2 qolun müəllifi olub.xeber100.com

“Topaz Futbol Festivalı 2019”un qalibi müəyyənləşib

Şağan Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı 2019”un qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin final mərhələsində 8 komanda - “Premier Quba”, “Füzuli”, “Xəzər Lənkəran”, “Qax”, “Gəncə Şərab 2”, “Novxanı”, “Abşeron” və “Sumqayıt – 70” komandaları birincilik uğrunda mübarizə aparıb.Gərgin idman mübarizəsi şəraitində keçən yarışda “Sumqayıt-70” komandası bütün rəqiblərinə qalib gələrək birinci olub. “Xırdalan” komandası yarışı ikinci, “Fuzuli” isə üçüncü pillədə başa vurublar.Qaliblərə kubok, medallar, qiymətli hədiyyələr və pul mükafatı verilib.Tədbir çərçivəsində müxtəlif viktorinalar da təşkil olunub. Futbola aid hərəkətləri ən yaxşı yerinə yetirən uşaq, yeniyetmə və gənclərə idman dəstləri, top və digər futbol ləvazimatları hədiyyə edilib.Respublikamızın 7 bölgəsini əhatə edən festivala ümumilikdə 48 komanda, o cümlədən yüzlərlə iştirakçı və onlarla könüllü qatılıb. İki ay davam edən festivalın bütün komandalarının üzvlərinə, hakimlərə, dəvət olunmuş qonaqlara, könüllülərə “Topaz” öz xüsusi hədiyyəsini verib.Ənənəvi xarakter alacaq festivalın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də minifutbolun kütləviliyini artırmaqdır.xeber100.com

İyul 15, 2019 17:23