Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə…

2 İyul 2019 19:28

Xəbər 73 dəfə oxunub

İyulun 2-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.Komitədən Azərtac-a bildirilib ki, budəfəki hərracda özəlləşdirilən əmlaklar arasında kiçik dövlət müəssisələri, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələri var. Sahəsi 184,6 kvadratmetr olan dövlət əmlakı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşir. Xidmət, ticarət və digər istiqamətlər üzrə fəaliyyət imkanları olan dövlət obyekti 231,8 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. Biləsuvar rayonunun Aşağı Cürəli kəndindəki qeyri-yaşayış binasının isə sahəsi 111,5 kvadratmetrdir. Bu dövlət əmlakı üzrə hərracda iştirak edən şəxs onu 301 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirib.Qeyri-yaşayış sahəsi üzrə keçirilən hərracda vətəndaş Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki dövlət əmlakını özəlləşdirib. Xidmət və ya ofis obyekti kimi istifadə imkanları olan bu qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 33,6 kvadratmetrdir.Avtomobil almaq istəyənlər də seçimlərini dövlət əmlakları üzrə edərək hərraca qatılıblar. Özəlləşdirilən “BMW”, “QAZ”, “Fiat” markalarından olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci ildir.Komitə tərəfindən növbəti hərrac iyulun 9-da keçiriləcək. Bu hərraca 77 dövlət əmlakı çıxarılıb. İştirak etmək istəyənlər 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi üzrə seçim edə bilər. Hərrac prosesinə qoşulmaq üçün komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil olmaq kifayətdir.ƏMDK-nın təşkil etdiyi hərraclarda sadə iştirak imkanları ilə internetin olduğu məkandan özəlləşdirməyə qoşulmaq mümkündür. Seçdiyi əmlakı elektron sifariş verməklə yanaşı, hər kəs hərracda onlayn formada iştirak edə bilər. Bu fürsətlər özəlləşdirmədə rahat iştirakı və şəffaf mühiti təmin edir.xeber100.com

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Bu ilin yanvar-sentyabr aylarında idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, 9 ayda ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 21,5 faiz, şəkər 49,5 faiz, tütün 2 dəfə, meyvə və tərəvəz şirələri 33,7 faiz, çay 7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 49,6 faiz, pambıq lifi 47,2 faiz, pambıq ipliyi 38,1 faiz, emal olunmamış alüminium 24,1 faiz, polietilen 2,5 faiz, bentonit gili 17,2 faiz artıb.Təzə tərəvəz ixracı isə 3 faiz, kartof 7,2 faiz, bitki yağları 17,2 faiz, meyvə və tərəvəz konservləri 0,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 18,7 faiz, qara metallardan yarımfabrikatlar 3,6 faiz, qara metallardan borular 81,9 faiz azalıb.Keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu ilin 9 ayında buğda idxalı 34,2 faiz, xam şəkər və şəkər 39,9 faiz, təzə meyvə 2,7 faiz, bitki yağları 6 faiz, kərə yağı, digər süd yağları və pastaları 13 faiz, çay 2,5 faiz, quş əti və onun əlavə məhsulları 9,6 faiz, kartof 23,9 faiz, mal əti 13,2 faiz, təzə tərəvəz 36,3 faiz, minik avtomobilləri 1,9 dəfə, polad prokatı 25,6 faiz, mineral gübrələr 47,6 faiz, hesablama maşınları, blok və qurğuları 35,5 faiz, rezin şinlər 12,7 faiz, mebellər 9,6 faiz, avtobuslar 3,4 dəfə, məişət kondisionerləri 1,6 dəfə, polietilen 27,8 faiz, yük avtomobilləri 3,7 dəfə, paltaryuyan maşınlar 9,3 faiz, qara metallardan künclüklər 13,2 faiz artıb.Siqaret idxalı isə 49,1 faiz, qara metallardan borular 13,6 faiz, qara metallardan çubuqlar 20 faiz, sement və sement klinkerləri 17,8 faiz, məişət soyuducuları 17,1 faiz azalıb.xeber100.com

Noyabr 16, 2019 22:20

“Trans-Adriatik” AG şirkətinin məlumatı əsasında…

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə oktyabrın sonuna işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 90,5 faizi icra edilib.Azərtac xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, layihə qrafikə uyğun irəliləyir. Boru kəmərinin inşası üzrə hər gün yüzlərlə metr ərazi təmizlənir, borular marşrut xətti boyunca düzülür, qaynaqlanır, xəndəyə endirilir və torpaq örtüyü bərpa olunur.Qeyd edək ki, TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada boruların tikintisinə başlanılıb. Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir. Hazırda qəbul terminalının inşasının 32 faizi yekunlaşıb. Həmçinin TAP-ın İtaliyadan keçəcək təxminən 8 kilometrlik hissəsində boruların 3 kilometri xəndəyə endirilib.TAP-ın quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. İlin sonuna kimi Yunanıstan və Albaniya marşrutunda boruların 100 faizi torpağa basdırılacaq. Yunanıstan, Albaniya və İtaliyada boru kəməri marşrutunun 97 faizində torpaq örtüyü bərpa edilib, boruların 99 faizi marşrut xətti boyunca düzülüb. Üç ölkədə boruların 99 faizi qaynaqlanıb, xəndəkqazma işlərinin isə 99 faizi tamamlanıb.xeber100.com

Noyabr 15, 2019 13:32

II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində

Noyabrın 5-10-da Şanxayda Azərbaycanın da iştirakı ilə keçirilmiş II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində ümumilikdə 71,13 milyard ABŞ dolları dəyərində ticarət və xidmət razılaşmaları əldə olunub.Azərtac xəbər verir ki, bu rəqəm ötənilki sərgi zamanı əldə olunmuş razılaşmaların ümumi məbləğindən 23 faiz çoxdur. Sərginin təşkilat komitəsindən verilən məlumata əsasən, 181 ölkə və regiondan ümumilikdə 3800-dən çox şirkətin məhsul və xidmətlərinin nümayiş etdirildiyi sərgini danışıqlar aparmaq üçün 7 mindən çox nümayəndə ziyarət edib. Ekspozisiya sahəsi 360 min kvadratmetr olan sərgini təxminən 910 min nəfər ziyarət edib.Qeyd edək ki, Azərbaycan bu il Çin Beynəlxalq İdxal Sərgisinin həm ölkələr, həm də biznes bölməsində iki milli pavilyonla təmsil olunub. Ölkələr bölməsindəki 136 kvadratmetrlik Azərbaycan pavilyonunda respublikamızın iqtisadi inkişafına, əlverişli biznes və sərmayə mühitinə, nəqliyyat-tranzit imkanlarına, turizm potensialına dair materiallar, nəşrlər nümayiş edilib.Biznes bölməsindəki 300 kvadratmetr sahəsi olan Azərbaycan pavilyonunda isə 26 şirkətimiz “Made in Azerbaijan” brendi ilə istehsal etdikləri məhsulları, o cümlədən şərab və spirtli içkiləri, qənnadı məmulatlarını, meyvə şirələri və kompotları, quru meyvələri, mineral suları, konservləri yerli idxalçılara təqdim edib.İkinci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində Azərbaycan məhsullarının, o cümlədən şərab və spirtli içkilərinin, nar şirələrinin Çinə ixracı ilə bağlı alqı-satqı və distribüterlik müqavilələri imzalanıb.xeber100.com

Noyabr 11, 2019 14:44