Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatı

11 Yanvar 2022 14:04

Xəbər 91 dəfə oxunub

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 11-də keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 11 nəqliyyat vasitəsi özəlləşdirilib.Xidmətdən Azərtac-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub, bunun 4-ü elektron qaydada həyata keçirilib.Avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. İlkin start qiyməti 2500 manat olan “Vaz 21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3575 manata özəlləşdirilib. Nəqliyyat vasitələrinin sırasında kater də olub. Həmin nəqliyyat vasitəsi 5 min manata satılıb.Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 4 saylı kafe olub. Həmin əmlak 166 min 300 manata özəlləşdirilib.Satılmış dövlət əmlakları üzrə 234 min 625 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.xeber100.com

Bakı Nəqliyyat Agentliyi: “Nəqliyyat Könüllüləri”ində iştirak üçün 400 nəfər müraciət edib

Ölkəmizdə könüllülük hərəkatını genişləndirmək, cəmiyyətdə xeyirxahlığı təbliğ edərək gənclərin inkişafına töhfələr vermək, eyni zamanda, dövlətimizin başçısının çağırışına müvafiq olaraq, könüllülər hərəkatını dəstəkləmək məqsədilə Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Könüllüləri” proqramını 3 dəfə ardıcıl şəkildə icra edib. Gənclər arasında “Nəqliyyat Könüllüləri” proqramına maraq böyükdür.Bakı Nəqliyyat Agentliyinin məlumatına görə, 2021-ci ildə icra edilən 3-cü “Nəqliyyat Könüllüləri” proqramında iştirak üçün 400 nəfər müraciət edib. Əvvəlki illərlə müqayisədə “Nəqliyyat Könüllüləri” proqramına müraciət edənlərin sayı iki dəfə artıb. Onlardan 33 nəfəri “Nəqliyyat könüllüsü” məzunu adını qazanıb və mükafatlandırılıb. Ötən il könüllülər üçün 10 təlim və təqdimat keçirilib, 5 səfər təşkil edilib. Hesabat dövründə könüllülərin iştirakı ilə 22 maarifləndirmə tədbiri keçirilib. Proqramda iştirak edən 4 nəfər könüllü Bakı Nəqliyyat Agentliyində daimi işlə təmin olunub. Fəallığı ilə fərqlənən 2 iştirakçı isə “İlin könüllüsü” adına layiq görülüb.Məlumat üçün qeyd edək ki, hazırda 4-cü “Nəqliyyat Könüllüləri” proqramına könüllülərin qəbulu elan edilib.Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 2022-ci il yanvarın 31-dək “[email protected]” elektron poçt ünvanına göndərə bilərlər.Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə elektron poçt vasitəsilə bu barədə məlumat veriləcək.xeber100.com

Yanvar 11, 2022 14:18

“Buta Airways” aviaşirkətinin Kazan və Ufa şəhərlərinə uçuşları bərpa edir

Cari ilin mart ayında “Buta Airways” aviaşirkətinin uçuş marşrutları xəritəsinə, eyni zamanda, iki Rusiya şəhəri daxil ediləcək. Aviadaşıyıcı Heydər Əliyev Beynəlxalq Aeroportundan iki istiqamət üzrə - Kazan və Ufa şəhərlərinə xüsusi reyslərin açılması barədə elan edib.“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, hər iki istiqamətdə reyslər həftədə iki dəfə yerinə yetiriləcək.Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşlar martın 16-dan başlayacaq və həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Bakı-Ufa-Bakı marşrutu üzrə uçuşlar isə martın 17-dən başlayacaq və həftənin cümə axşamı və bazar günləri yerinə yetiriləcək.Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – “Standart” və “Super”. Hər iki tarifə ödənişsiz yer seçimi və hava limanında qeydiyyat daxildir.Həmin reyslərə biletləri “Buta Airways” aviaşirkətinin rəsmi saytından (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız “Super” tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletlərin dəyəri 55 avrodan başlayır.Qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.xeber100.com  

Yanvar 10, 2022 15:59

“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.İB-dən Azərtac-a verilən məlumata görə, abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa, daim aktiv rejimdə çalışan (+99477) 3104104 vatçap nömrəsinə də mesajlarını göndərə bilərlər.Bayram günlərində birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi dekabrın 31-i və 2022-ci il yanvarın 1, 2, 3, 4 tarixlərində şənbə-bazar günləri saat 10:00-dan 14:00-dək, digər bayram günləri isə saat 10:00-dan 15:00-dək fəaliyyət göstərəcək. Xidmət Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.Bundan başqa, “Azəriqaz” İB-in Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, 104 Çağrı sahəsinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.xeber100.com

Dekabr 30, 2021 11:56

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

Bakı metropolitenində qış mövsümünə hazırlıq prosesi yekunlaşdırılıb.“Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, hər bir hava şəraiti yeraltı yolların özünəməxsus iqlim mühitinə və qatarların normal işinə təsirsiz ötüşmür. Bu səbəbdən “Qışa yaydan hazırlaş” prinsipinə uyğun olaraq, metropolitendə ilin qarlı-şaxtalı günlərinə hazırlığa hər il iyun ayından gec olmayaraq başlanılır. “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun bütün xidmət sahələrinin yerinə yetirməli olduğu tədbirlər, işlərin miqyası, məzmunu tam əhatəli olmaqla konkret göstərilir. Hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilir və tapşırıqların icra müddəti qeyd olunur. Metropolitenin istismar üzrə baş mühəndisinin rəhbərliyi ilə xüsusi komissiya ay ərzində ən azı bir dəfə olmaqla çatışmazlıqları, qarşıya qoyulan vəzifələri təhlil edir və hesabatlar hazırlayır.Qış fəslinin əsasən, qarlı-çovğunlu günləri qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər. Hazırlıq tədbirləri isə daha çox “Nərimanov” elektrik deposunun yolları ilə bağlı olur. Qışın qarlı günlərində qatarların hərəkəti üçün maneələr açıq hava şəraitində olan park yollarında yaranır. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqlara gətirib çıxara bilər. Nəticədə, depodan yeraltı yollara qatar vermək mümkünsüz olar.Yol təsərrüfatında qışa hazırlıq payızın ilk ayında başa vurulub. Əvvəlcə qarla mübarizə işinin operativ planı hazırlanıb. Yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlə komplektləşdirilməsi yekunlaşdırılıb. Sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.Qarla mübarizə qərargahı da qışa hazırdır. Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib. Qarın yığılması üçün tələb olunan alətlər sazlanıb.Park yollarının ərazisi yoxlanılır, müvafiq tədbirlər görülür. Xüsusən üfürücü qurğuların yerləşdiyi yerlərə davamlı baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim nəzərdən keçirilir, qüsurlu elementləri dəyişdirilir.Qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlər plan üzrə müntəzəm yerinə yetirilir.Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır. Stansiya heyətinə əlverişsiz hava şəraitində, xüsusən qarın yağacağı müddətdə görüləcək işlərlə bağlı təlimatlar verilib. Bu zaman stansiya pilləkənləri nəzarətdə saxlanılacaq, sərnişinlərin hərəkəti üçün təhlükə yarada biləcək maneələr aradan qaldırılacaq. Şiddətli qar yağıntısı zamanı Qarla mübarizə qərargahından zərurət yaranan stansiyaya təhkim olunmuş işçilər dəvət ediləcək.Görülən işlərə əsasən, metropoliten qarlı-şaxtalı günlərdə iş ahəngini qorumağa hazırdır.xeber100.com

Dekabr 23, 2021 15:11