2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb

22 İyul 2020 19:06

Xəbər 193 dəfə oxunub

Futbol üzrə İspaniya çempionatında cari 2019-2020-ci il mövsümü ilə bağlı araşdırma aparılıb.Azərtac La Liqanın saytına istinadla xəbər verir ki, hakimlərin idarəçilikləri və verdikləri qərarlarla bağlı statistika tutulub. Aparılan araşdırmada məlum olub ki, cərimələr, vərəqələr və digər göstəricilərdə cari mövsüm ərzində hakim qərarlarından ən çox faydalanan klub “Real Madrid” olub. İlk beşlikdə, həmçinin müvafiq olaraq “Atletiko”, “Selta”, “Sevilya” və “Vilyarreal” yer alıblar.Mövsümü ikinci pillədə tamamlayan “Barselona” isə bu baxımdan 15-ci pillədə qərarlaşıb. Kataloniya təmsilçisi 1995-1996-cı il mövsümündən bəri birinci dəfə üç əsas göstəricidə (penalti, qırmızı vərəqə, sarı vərəqə) mənfi balansla çempionatı bitirib.Qeyd edək ki, La Liqada cari mövsümdə 87 xal toplayan “Real Madrid” komandası çempion olub.xeber100.com