2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində

8 Noyabr 2019 12:57

Xəbər 34 dəfə oxunub

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində keçirilən APOEL – “Qarabağ” oyunu başa çatıb.Azərtac xəbər verir ki, təhlükəli hücumlarla bol olan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Komandamızın yeganə qolunu 10-cu dəqiqədə Maksim Medvedev vurub.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09