“2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi qəbul edilib

25 Noyabr 2019 14:21

Xəbər 42 dəfə oxunub

2020-ci ildə də dövlət büdcəsində investisiya layihələri üzrə kifayət qədər böyük məbləğ nəzərdə tutulub.Azərtac xəbər verir ki, bunu Milli Məclisin iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputatların təklifini cavablandıran Maliyyə naziri Samir Şərifov deyib.Nazir bildirib ki, əvvəlki illərdəki kimi bu layihələrin də, o cümlədən deputatlar tərəfindən qaldırılan məsələlərin nəzərdən keçirilməsi nəticəsində müəyyən vəsaitlərin ayrılması təhlil oluna bilər. Sosialyönümlü layihələrin həyata keçirilməsi növbəti ilin investisiya layihələrində də öz əksini tapacaq.Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır.xeber100.com

Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib

Dekabrın 13-də Afinada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclasda Azərbaycan Respublikasından Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.İclasda təşkilat çərçivəsində sahəvi əməkdaşlıq məsələləri, işçi qrupların fəaliyyəti, səmərəliliyin artırılması üsulları, təşkilati məsələlər, QDİƏT-in digər ölkə və təşkilatlarla əməkdaşlığı və digər məsələlər müzakirə edilib.Uzun müddətdir təşkilat çərçivəsində baxılmaqda olan və iqtisadi əməkdaşlığı ehtiva edən sənəd layihələri də iclasda müzakirə edilib, lakin Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması və beynəlxalq hüququn normalarını inkar etməsi səbəbindən bu dəfə də qəbul edilə bilməyib, beləliklə üzv ölkələrin narazılığına səbəb olub.Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışında ölkəmizin təşkilatda səmərəli və layihə yönlü fəaliyyətdə maraqlı olduğunu, konkret nəticələrə hədəflənmiş fəaliyyətin vacibliyini qeyd edib. O, Azərbaycanın regionda bağlantılar sahəsində bir sıra layihələr həyata keçirdiyini, bu sahədə böyük imkanların olduğunu və QDİƏT regionunun Azərbaycanın potensialından yararlana biləcəyini də səsləndirib. Nazir müavini regionda əməkdaşlığın inkişafı üçün həlli uzadılmış münaqişələrin böyük maneə olduğunu, QDİƏT çərçivəsində əməkdaşlığa mənfi təsir göstərdiyini, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın özünü regional layihələrdən təcrid etdiyini diqqətə çatdırıb.Qeyd etmək lazımdır ki, Azərbaycan 2018-ci ildə təşkilatda sədrliyi həyata keçirmiş və fəaliyyətini bağlantılar sahəsində layihələr üzərində qurmuşdur.xeber100.com

Dekabr 13, 2019 14:38