ABŞ prezidentliyinə namizədlərin mübarizəsi davam edir

14 Yanvar 2020 14:19

Xəbər 175 dəfə oxunub

2020-ci ildə ABŞ prezidentliyinə namizədlərin mübarizəsində iştirak edən ilk demokratlardan biri – Nyu-Cersi ştatından senator Kori Buker seçkiqabağı kampaniyasını başa çatdırdığını elan edib.Azərtac xəbər verir ki, Buker bu barədə bəyanatını seçkiqabağı kampaniyanın saytında yerləşdirib. O qeyd edib ki, prezidentlik uğrunda mübarizədən çıxmasının əsas səbəbi maliyyə vəsaitinin çatışmamasıdır. Senator bəyan edib ki, maliyyə ianələrinin qalan məbləği kampaniyanın əməkdaşlarına məvacib kimi ödəniləcək.Buker prezidentlik uğrunda mübarizədən çıxmasını Demokratlar partiyasının debatlarının yeddinci raundundan bir gün əvvəl, habelə Nyu-Hempşir və Ayova ştatlarında ilkin seçkilərdən bir neçə həftə əvvəl elan edib.Xatırladaq ki, Nyu-Arkın keçmiş meri olan Buker seçkiqabağı kampaniyaya keçən il fevral ayında başlayıb. O, prezident vəzifəsinə iddia edən yeddinci demokrat idi. Bukerin kampaniyası 2019-cu ilin dördüncü rübündə 6,6 milyon dollar vəsait toplayıb. Bu, Berni Sandersin və keçmiş vitse-prezident Co Baydenin seçkiqabağı kampaniyaları nəticəsində toplanmış ianələrlə müqayisədə (müvafiq surətdə 35 milyon və 23 milyon dollar) xeyli azdır.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00