26 Avqust Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

26 Avqust 2019 13:09

Xəbər 93 dəfə oxunub

Müstəqil Azərbaycanda isə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyaraq dünyanı fəth edir.Azərtac xəbər verir ki, avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur. Vaqif Mustafazadə bu janrı caz sənətinə gətirib.Tarixən Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Şamaxıda Mahmud Ağanın, Bakıda Məşədi Məlik Mənsurovun məclisləri, bu məkanlardan çıxan böyük sənətkarlar muğamın milli musiqimizin ana dili olduğunu bir daha təsdiqləyir.xeber100.com

Dövlət Turizm Agentliyinin məlumatına görə…

Sentyabrın 9-da Azərbaycan Turizm Bürosu Hindistanın böyük şəhərlərində keçirəcəyi silsilə tədbirlərə Yeni Dehli şəhəri ilə start verib.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, tədbirdə Yeni Dehli şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.Tədbir çərçivəsində Yeni Dehli şəhərinin 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə mətbuat konfransı keçirilib.Mətbuat konfransında Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, AZAL-ın icraçı direktorunun müavini, eyni zamanda “Buta Airways”in direktoru Nazim Səmədov iştirak ediblər.Onlar maraq doğuran sualları cavablandırıblar və jurnalistlərə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat veriblər.Azərbaycan və Hindistan arasında tarixi əlaqələrdən danışan Florian Zenqstşmid bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağının gözlənildiyini açıqlayıb.Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Dehli şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində də silsilə təqdimatlar təşkil edəcək.xeber100.com  

Sentyabr 10, 2019 11:51