5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib

10 Oktyabr 2019 13:36

Xəbər 88 dəfə oxunub

Bədii gimnastika üzrə dünya çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edir. Bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar.Azərtac xəbər verir ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.Çempionatın birinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.Aerobika gimnastları oktyabrın 11-də mübarizəyə qoşulacaqlar.Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edəcək. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaqlar.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24

Şahmat Federasiyasının məlumatı əsasında…

Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə mayın 26-dan 28-dək blits üzrə onlayn qaydada beynəlxalq “İpək Yolu Kuboku” turniri keçiriləcək.Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçiriləcək turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr ediləcək. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.Yarış “playchess.com” virtual oyun platforması vasitəsilə keçiriləcək. Turnirdə 50 iştirakçı mübarizə aparacaq. Hər iki ölkədən FIDE əmsalına görə kişilərin siyahısında ilk 12-likdə, qadınların reytinqində isə ilk 8-likdə qərarlaşan (2020-ci il 1 may tarixinə), həmçinin bu il yanvarın 1-də 16 yaşı tamam olmamış şahmatçılar arasında ilk üçlükdə yer almış gənclər yarışda iştirak edə bilərlər. Federasiyalar yarışa əlavə iki şahmatçı dəvət etmək hüququna malikdirlər.Yarışın ümumi mükafat fondu 20 min avrodur. Turnirdə mübarizə aparacaq bütün şahmatçılar göstərdikləri nəticəyə müvafiq olaraq pul mükafatı qazanacaqlar. On beş turdan ibarət yarış İsveçrə sistemi üzrə keçiriləcək.Nəzarət vaxtı hər bir şahmatçı üçün oyunun sonuna qədər üç dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün iki saniyə əlavə olunmaqla müəyyən edilir. Turnirin 1-7-ci turlarına mayın 26-da saat 15:00-da, 8-15-ci turların görüşlərinə isə mayın 28-də saat 18:00-da start veriləcək.xeber100.com

May 21, 2020 10:12