5,8 bal gücündə zəlzələ baş verib

13 İyul 2019 14:41

Xəbər 91 dəfə oxunub

Filippin yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.Azərtac xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Suriqao-del-Sur əyalətinin Kantilan bələdiyyəsindən 5 kilometr cənub-şərqdə, ocağı 11,8 kilometr dərinlikdə yerləşib.Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.xeber100.com

13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir.Azərtac xəbər verir ki, konfransda bölgədə, o cümlədən Qara dəniz regionunda təhlükəsizlik, regional inkişaf məsələləri, eləcə də Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiya sahəsində əldə etdiyi uğurlar, ölkənin bu təşkilatlara üzvlüyünün perspektivləri, hibrid müharibə təhlükələri və s. məsələlər müzakirə olunur.Konfransda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsində həyata keçirilən islahatlar, mövcud problemlər və digər məsələlər barədə məlumat verib.Sonra parlamentin sədri Arçil Talakvadze Gürcüstan qanunvericiliyi, ölkənin NATO-ya və Avropa İttifaqına inteqrasiyasının hüquqi əsaslarından danışıb.Digər çıxış edənlər dünyada və regionda gedən proseslərdən söz açıb, qloballaşan dünyada təhlükəsizliyin təmin olunmasında irimiqyaslı enerji, nəqliyyat və logistika layihələrinin rolu barədə fikirlərini bölüşüblər.Azərbaycanı bu tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin birinci katibi Sərxan İsmayılov təmsil edirlər.Polkovnik-leytenant Fuad İbrahimov konfransda iştirak edən həmkarları ilə keçirdiyi görüşlərdə Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın təhlükəsizliyin təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib.xeber100.com  

Noyabr 6, 2019 12:42

Türkiyə və Rusiya Suriyada ikinci patrula başlayıb

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yeni sərhəd rayonunda Kobani şəhərindən bir neçə kilometr məsafədə ikinci patrula başlayıb.Rusiya KİV-ləri xəbər verir ki, ilk dəfə olaraq birgə patrul yeni marşrut üzrə həyata keçirilir. Patrulda Rusiya hərbi polisinin “Tiqr” və Türkiyə sərhəd xidmətinin “Kirpi” zirehli avtomobilləri iştirak edir. Sərhəd boyunca 160 kilometrlik marşruta hər iki tərəfdən ümumilikdə səkkiz ədəd hərbi texnika və 50-yə yaxın hərbçi cəlb olunub. Patrulun hərəkətini “Orlan-10” pilotsuz uçan aparat izləyir.Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən ikinci birgə patruldur.Xatırladaq ki, birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən keçirilir. Sənəddə, həmçinin Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonada Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisinin 150 saat ərzində terrorçuların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməsi nəzərdə tutulur.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunmuş razılaşmaya baxmayaraq, təhlükəsizlik zonasında terrorçular hələ də qalmaqdadır. “Onlar oradan hələ tam çıxarılmayıblar, bizim hərbçilərə hücumlar edilir. Biz axırıncı terrorçu oradan çıxanadək mübarizəni davam edəcəyik”, - Türkiyə Prezidenti bu gün hakim partiyanın parlament fraksiyası qarşısında çıxışı zamanı belə deyib.xeber100.com

Noyabr 5, 2019 14:29

Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…

ABŞ-ın 2018-ci ilə dair terrorla bağlı hesabatında YPG terror təşkilatının adının çəkilməməsi Türkiyənin kəskin etirazına səbəb olub.Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy açıqlama verib. Bildirilir ki, sözügedən hesabatda ABŞ tərəfi Türkiyənin İŞİD və PKK terror təşkilatları ilə mübarizəsini, eləcə də Beynəlxalq Koalisiya Qüvvələri ilə əməkdaşlığını yüksək dəyərləndirib. Həmçinin, hesabatda diqqətə çatdırılıb ki, xarici terror təşkilatları sırasında yer alan PKK 2015-2018-ci illərdə Türkiyədə polis, hərbçi və mülki şəxslər daxil olmaqla 1200-dən çox insanı öldürüb. Lakin təəssüf ki, hesabatda YPG terror təşkilatının adı çəkilmir. Bunun yerinə “PKK-nın Suriyadakı əlaqələri” ifadəsindən istifadə olunub. Bildirilir ki, bu hazırda YPG ilə əlaqələrini kəsən ABŞ-ın hüquqazidd əməlini gizlətmək cəhdidir.Bundan başqa, H.Aksoy hesabatda FETÖ-nün başçısının “sürgündə olan din adamı” kimi təqdim olunmasına da etiraz ifadə edib. Bildirilir ki, qeyd olunan yanaşma təkcə Türkiyə üçün deyil, təmsil olunduğu bütün ölkələr üçün təhlükə mənbəyi olan FETÖ-nün 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsini görməməzliyə vurmaq cəhdidir. Eyni zamanda, bu mövqe özünün ABŞ-da təhlükəsiz sığınacaq tapan FETÖ başçısına dəstək verməyin təzahürüdür. Diqqətə çatdırılır ki, 2016-cı il 15 iyulun tarixli dövlət çevrilişinə cəhd nəticəsində Türkiyədə 251 nəfər günahsız insan həlak olub.xeber100.com

Noyabr 4, 2019 12:56

ABŞ-ın Nümayəndələr Palatası növbəti qətnamə qəbul edib

ABŞ-ın Nümayəndələr Palatası 1915-ci il hadisələrini erməni “soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul edib. Konqresdə bu məsələ işə bağlı müzakirələr ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc qətnamənin Türkiyə ilə Birləşmiş Ştatlar arasında siyasi münasibətlərə xələl gətirəcəyi barədə xəbərdarlıq edib. Qətnamənin müəllifləri Kaliforniya və Floridadan olan konqresmenlər Adam Şiff və Qus Bilirakisdir.Azərtac xəbər verir ki, böyük səs çoxluğu ilə (lehinə 405, əleyhinə 11) qəbul edilmiş qətnamənin məcburi hüquqi qüvvəsi yoxdur. Nümayəndələr Palatası 1984-cü ildə də analoji qərar qəbul edib.Bir çox siyasi icmalçılar hesab edirlər ki, sözügedən qətnamə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatına başlamasından sonra Türkiyə hökumətinə təzyiqin gücləndirilməsi məqsədi daşıyır. Erməni lobbisinin qatı tərəfdarlarından biri olan konqresmen Adam Şiff Konqresdə açıq şəkildə bəyan edib ki, qətnamənin qəbul edilməsi Türkiyə ordusunun Suriyaya girməsi ilə əlaqədardır. ABŞ-da 200 minlik erməni icmasının maraqlarını təmsil edən və Los-Ancelesdə yaşayan bu konqresmen on illərdir ki, hökuməti qondarma “soyqırımını” tanımağa sövq edirdi, lakin NATO-nun müttəfiqi olan Türkiyə hökumətinin güclü mövqeyi qarşısında aciz qalmışdı.Bir neçə konqresmen, o cümlədən Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Maykl Bercess belə bir sualla müraciət edib ki, Konqresin daha təxirəsalınmaz işləri, o cümlədən Amerika hökumətinin maliyyələşdirilməsinə dair müddəti noyabrın 21-də başa çatan məsələlər olduğu halda palatanın 100 il əvvəl baş vermiş hadisələrlə bağlı mütləq qaydada qətnamə qəbul etməyə tələsməsi nə ilə bağlıdır.xeber100.com

Oktyabr 30, 2019 13:54