73-cü Kann Festivalı müvəqqəti olaraq təxirə salınıb

20 Mart 2020 13:31

Xəbər 131 dəfə oxunub

73-cü Kann Festivalı bu il iyunun sonunda və ya iyulun əvvəlində keçirilə bilər.Azərtac xəbər verir ki, Kann Festivalının təşkilatçıları koronavirus epidemiyasına görə festivalın may ayının 12-dən 23-dək baş tutmayacağını bildiriblər.“Optimizmi saxlayır və ümid edirik ki, koronavirus epidemiyasının pik nöqtəsi martın sonuna təsadüf edəcək. Ancaq vəziyyəti anlayırıq, vəziyyət dəyişməsə festival ləğv olunacaq”,-deyə festivalın prezidenti Pyer Lekür (Pierre Lescure) qeyd edib.Kann şəhərində planlaşdırılmış bir çox böyük festivallar və sərgilər naməlum tarixə qədər təxirə salınıb.Xatırladaq ki, 40 mindən 200 minədək professionalı birləşdirən Kann Festivalı əvvəllər də ləğv olunub. Birinci Kann Festivalı 1939-cu il sentyabrın 1-də Polşanın Almaniya tərəfindən işğalı günündə baş tutmalı idi. Ancaq iki gün sonra Fransa və Böyük Britaniya Almaniyaya qarşı müharibəyə başladıqları üçün festivalın keçirilməsi dayandırılır. Rəsmi olaraq birinci Kann Festivalı 1946-cı il sentyabrın 20-də açılır. Ancaq büdcə problemləri ilə üzləşən festivalın gələcəyi bir neçə il ərzində qeyri-müəyyən olaraq qalır və 1948 və 1950-ci illər festivalı ləğv olunur.xeber100.com

Gürcüstan hökuməti vətəndaşları üçün yeni qaydalar müəyyənləşdirib

Gürcüstan parlamentində ölkə vətəndaşlarının Şengen zonasına daxil olan ölkələrə səfər etmələri ilə bağlı yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq.Azərtac xəbər verir ki, bu barədə Gürcüstan parlamentindən məlumat verilib.Yeni layihədə Şengen ölkələrinə səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar və məhdudiyyətlər nəzərdə tutulub.Yeni qaydalara əsasən, son 10 il ərzində biometrik pasport almayan və pasportunun müddəti getdiyi ölkədən qayıdacağı günədək azı 3 ay müddəti olmayan şəxslər xarici ölkələrə səfər edə bilməyəcəklər.Həmçinin Şengen zonasına daxil olan ölkəyə səfər edən şəxsin geri qayıtmaq üçün təyyarə bileti və ya bu bilet üçün qabaqcadan bildirişi (bron) olmayan, getdiyi ölkədə qalacağı dəqiq ünvan, mehmanxana, dəvət edən şəxsin dəqiq ünvanı tələb olunan sənədlər sırasındadır.Yeni dəyişikliklərdə, həmçinin saxta sənədlər təqdim edən şəxslər və bu sənədləri verən təşkilatlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub.Həmin şəxsləri 2 ildən 6 ilədək, belə faktlar təkrar olduqda isə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.Bu qaydalar, əsasən, Gürcüstan vətəndaşlarının xarici ölkələrdə sığınacaq axtarmaları ilə bağlıdır.Qeyd olunur ki, bəzi Avropa İttifaqı ölkələri, o cümlədən Almaniya, Fransa, İsveç və İslandiya bu cür halların qarşısını almaq üçün Gürcüstan hökumətinə müraciət ediblər.Məlumat üçün qeyd edək ki, Gürcüstan vətəndaşlarına Şengen ölkələrinə turist kimi, işgüzar səfərə və ya qonaq getmək üçün 2017-ci ilin mart ayından icazə verilir.Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 180 gün ərzində cəmi 90 gün səfər edə bilirlər.xeber100.com

Avqust 31, 2020 13:00