9-cu sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan edilib

11 İyun 2019 15:08

Xəbər 117 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.Mərkəzdən Azərtac-a bildirilib ki, imtahanın nəticələri saat 16:15-dən etibarən DİM-in internet saytında yerləşdirilib.İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.İmtahanda iştirakı gözlənilən 40234 şagirddən 788 nəfəri imtahana gəlməyib. 8 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.xeber100.com

Yeni təhsil proqramları əsasında hazırlıq kurslarına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzində (DİM) yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair keçiriləcək hazırlıq kurslarına qeydiyyat aparılır.DİM-dən Azərtac-a bildirilib ki, hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar oktyabrın 9-dan Bakıda, DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir regional bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.Regional bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.Qeydiyyat oktyabrın 7-si saat 23.59-dək davam edəcək.Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Sertifikat əldə edənlər müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.xeber100.com

Sentyabr 17, 2019 13:47

Təhsil Nazirliyi: Yeni tədris ilində 1 milyon 525 min 16 şagird təhsil alacaq

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq.Təhsil Nazirliyindən Azərtac-a bildirilib ki, şagirdlərdən 714 min 259-u qız, 810 min 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində isə 82 min 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır.Hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 447 məktəb fəaliyyət göstərir.Yeni tədris ilində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilib.2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib.Qeyd edilən dövrdə 108 min 74 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168 min 148 dərslik və metodik vəsait çap olunub.Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr ediləcək.Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb.xeber100.com

Sentyabr 16, 2019 10:43

Təhsil Nazirliyinin məlumatı əsasında…

Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlər və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iyulun 22-dən başlayan qeydiyyat prosesi yekunlaşıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı nazirliyə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.İctimai Şuraya seçkilərin keçirilmə tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək.Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılıb. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik məşvərətçi qurum olacaq.İctimai Şura üzvlüyünə namizədlərin siyahısı Təhsil Nazirliyinin saytında verilib.xeber100.com

Avqust 27, 2019 13:05

8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Avqustun 27-30-da Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) keçiriləcək.BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Fırat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.BDU-dan Azərtac-a bildirilib ki, beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.Konfransın plenar iclasında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiya və Bakı Dövlət universitetlərinin, o cümlədən Rumıniyanın Simion Stoilou Riyaziyyat İnstitutunun alimlərinin məruzələri dinləniləcək.Konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.Konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələr təqdim ediləcək. Tədbirin əsas işçi dili ingilis dilidir. Konfransda təqdim olunacaq məruzələr üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq.xeber100.com

Avqust 22, 2019 10:13