ABŞ-da fövqəladə vəziyyət rejimi daha bir il uzadılıb

10 Sentyabr 2022 14:57

Xəbər 166 dəfə oxunub

ABŞ Prezidenti Cozef Bayden 11 sentyabr terror hücumlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb.ABŞ mediası xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.“Terror təhlükəsi davam etdiyi üçün 2001-ci il sentyabrın 14-də elan edilən fövqəladə vəziyyət rejiminin müddəti daha bir il uzadılıb”, – deyə Vaşinqton administrasiyası rəhbərinin Konqresə bildirişində qeyd olunur. Fövqəladə vəziyyət rejimi prezidentə bəzi əlavə hüquqi səlahiyyətlər verir.Xatırladaq ki, Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə və Pentaqonun binasına təyyarələr vasitəsilə edilən və 3 minə yaxın insanın ölüm ilə nəticələnən hücumlardan üç gün sonra ABŞ-da fövqəladə vəziyyət rejimi elan olunub. Birləşmiş Ştatların sabiq prezidenti Corc Buş fövqəladə vəziyyətin zəruriliyi ilə bağlı qərarını “ABŞ-a qarşı yeni hücum təhlükəsi ilə” əsaslandırmışdı.xeber100.com