ABŞ-da keçiriləcək prezident seçkilərində

17 İyun 2020 13:42

Xəbər 1041 dəfə oxunub

“Facebook” kompaniyası ABŞ-da keçiriləcək prezident seçkilərində səsvermə üzrə informasiya mərkəzi yaradacağını elan edib.Kompaniyanın məlumatında deyilir. “Biz milyonlarla insana səsvermə prosesi barədə düzgün məlumat təqdim edəcək, həmçinin seçici qismində qeydiyyatdan keçməyə və səs verməyə yardımçı olacaq yeni informasiya mərkəzi yaradırıq”, – deyə bəyanatda qeyd edilir.Azərtac kompaniyanın bəyanatına istinadla xəbər verir ki, layihənin məqsədi ABŞ-da noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ərəfəsində “Facebook” və “Instagram” sosial şəbəkələrindən istifadə edən 4 milyona yaxın amerikalıya seçici qismində qeydiyyatdan keçməyə yardımçı olmaqdır. Bəyanatda bir çox ştatın seçki prosesinə dəyişikliklər etdiyi pandemiya şəraitində səsvermə barədə informasiyanın daha vacib olduğu vurğulanır.Qeyd edək ki, “Facebook” rəhbərliyi son illər ABŞ hakimiyyəti və Amerika ictimaiyyəti tərəfindən sərt tənqidə məruz qalır. Kompaniyanın administrasiyası əsasən zərərli informasiyanın yayılmasına qarşı tədbirlər görməməkdə ittiham olunur. Həmçinin onun sosial şəbəkə vasitəsilə 2016-cı ildə ABŞ-da keçirilən seçkiöncəsi mübarizəyə təsir göstərildiyi iddia edilir.xeber100.com

İtaliyanın dövlət başçısı ölkə əhalisini vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb

İtaliyanın dövlət başçısı Sercio Mattarella Yeni il münasibətilə televiziya müraciətində italyanları koronavirus pandemiyasına qarşı mübarizədə sıx birləşməyə və koronavirusa qarşı vaksinasiya prosesində fəal iştirak etməyə çağırıb.Azərtac xəbər verir ki, 2021-ci ili koronavirus üzərində qələbə və yeni başlanğıc il adlandıran S.Mattarella peyvənd inadkarları və qərarsız insanların bu məsələdə ümumi rifahı nəzərə almalı olduqlarını ifadə edib.Ötən ilin fevral ayında Avropada epidemiyanın ən sürətlə yayıldığı İtaliya əhalisi və iqtisadiyyatına COVID-19 pandemiyası olduqca baha başa gəlib. Ölkədə indiyədək iki milyondan çox insan virusa yoluxub, 74 min insan virusla əlaqəli və ya birbaşa virusun təsirindən həyatını itirib. Pandemiyanın sosial və iqtisadi nəticələri də kifayət qədər ağır olub. Prezident bildirib ki, ölkədə çox sayda iş yerləri bağlanıb, müəssisələr öz gələcəklərinə görə qorxu keçirirlər, insanların gəlirləri azalıb. Ölkə iqtisadiyyatının bir sıra sektorları, xüsusilə turizm pandemiyadan ən çox əziyyət çəkən sahələrdir.Bununla belə, dövlət başçısı pandemiyadan sonrakı dövr üçün mühüm və ümidverici siqnallara da toxunub. Qeyd edilib ki, Avropa İttifaqının yenidənqurma proqramı çərçivəsində İtaliya iqtisadiyyatına ümumilikdə 209 milyard avro yönləndiriləcək və dekabrın sonunda başlayan vaksinasiya kampaniyası tezliklə epidemioloji vəziyyətdə dönüş yarada biləcək. 79 yaşlı dövlət başçısı vurğulayıb ki, ən yaxın zamanda o da özünə koronavirusa qarşı peyvənd vurduracaq və bu addım digər insanların sağlamlığı naminə hər kəsin üzərinə düşən bir cavabdehlik və öhdəlikdir.Pandemiya üzərində qələbənin İtaliya üçün mühüm olduğunu bildirən S.Mattarella bu ölkə həyatındakı mühüm hadisələrə də toxunub. Həmçinin qeyd edilib ki, 2021-ci ildə İtaliya öz tarixində ilk dəfə G20 ölkələrinə sədarəti həyata keçirəcək və bu dövr ölkə iqtisadiyyatının dirçəlişi üçün yeni təkan ola bilər.xeber100.com

Yanvar 1, 2021 21:44