ABŞ Konqresi dövlət borcu limitinin artırılmasını dəstəkləyib

15 Dekabr 2021 13:28

Xəbər 408 dəfə oxunub

ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca dövlət borcu tavanının 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını dəstəkləyib.C-Span televiziyası tərəfindən canlı yayımlanan iclasın gedişində 221 konqresmen təşəbbüsün lehinə, 209 konqresmen isə əleyhinə səs verib. Təşəbbüsün təsdiqlənməsi üçün sadə səs çoxluğu kifayət edirdi.Bir müddət öncə ABŞ Konqresinin yuxarı palatası müvafiq qanun layihəsini dəstəkləmiş, maliyyə naziri Canet Yellen isə qanunvericiləri layihəni qəbul etməyə çağırmışdı. Qanun layihəsi təsdiq edilməyəcəyi təqdirdə dekabrın 15-dən sonra federal hökumətin fəaliyyətini maliyyələşdirmək üçün lazım olan vəsait çatışmazlığı yarana bilərdi. Layihənin yaxın zamanlarda imzalanması üçün Prezident Cozef Baydenə göndəriləcəyi bildirilir.ABŞ Prezidenti oktyabrın 14-də dövlət borcunun tavanının müvəqqəti olaraq 480 milyard dollar artırılaraq 28,9 trilyon dollara çatdırılması barədə təşəbbüsü təsdiqləmişdi ki, bu da 2021-ci il dekabrın 3-dək xərcləri ödəyəcəkdi. Müvafiq təşəbbüs Konqresin hər iki palatası tərəfindən dəstəklənmişdi.xeber100.com

Liviyada dekabrın 24-nə təyin edilmiş prezident seçkiləri baş tutmayıb

Uzun illər vətəndaş müharibəsi şəraitində yaşamış və bir il əvvəl silahlı münaqişə tərəfləri arasında atəşkəsə nail olunmuş Liviyada dekabrın 24-nə təyin edilmiş prezident seçkiləri baş tutmayıb. Bu ölkənin parlamenti hazırkı gərgin vəziyyətdə bu mühüm demokratik addımı mümkün hesab etmir.Azərtac xəbər verir ki, Liviyanın Mərkəzi Seçki Komissiyası seçkiləri yanvarın 24-də keçirməyi təklif etsə də, bunun həmin tarixdə baş tutacağı da böyük şübhə altındadır. Dekabrın 25-də Misir və Rusiya prezidentləri Əbdülfəttah əl-Sisi və Vladimir Putin Liviyadakı vəziyyəti müzakirə ediblər. Misir Prezidentinin mətbuat xidmətinin məlumatında bildirilib ki, iki lider bu ölkədə vəziyyətin sabitləşməsi və seçkilərin keçirilməsi istiqamətində səyləri gücləndirmək üzrə razılıq əldə ediblər.Seçkilərin təxirə salınması ilə bağlı ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Almaniya hökumətləri də birgə bəyanat yayıblar. Sənəddə Liviyada keçmiş silahlı münaqişə tərəfləri xalqın seçki hüquqlarını təmin etməyə, prezident seçkilərinin dəqiq vaxtını razılaşdırmağa dəvət edilib.Prezident seçkiləri Muammər Qəddafinin 2011-ci ildə qətlə yetirilməsindən sonra vətəndaş müharibəsi meydanına çevrilən Liviyada sabitliyin və təhlükəsizliyin bərpası istiqamətində mühüm addım sayılır. Namizədlər arasında Tripoliyə qarşı vuruşmuş ordunun komandanı general Xəlifə Haftar, Qəddafinin oğlu Seyf əl-İslam, hazırkı keçici hökumətin başçısı Əbdülhəmid Dbeibah var.xeber100.com  

Dekabr 27, 2021 15:22

Amerikanın Milli Aeronavtika və Kosmos Agentliyinin məlumatına əsasən…

Amerikanın Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) məlumatına əsasən Parker zondu Günəş tacına daxil olub.Bu barədə məlumat AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında yayımlanıb.NASA-nın elmi işlər üzrə direktor müavini Tomas Zurbuxen bildirib ki, Parker zondunun Günəş atmosferinə daxil olması kosmosun tədqiqatı sahəsində çox böyük nailiyyətdir.Alimlər Parker kosmik gəmisi vasitəsilə Günəş tacındakı maqnit sahəsini və plazma nümunələrini ölçməyə çalışırlar. Orada isə temperatur təxminən 500 min dərəcə selsi, hətta daha yüksək ola bilər. Zond tərəfindən toplanan məlumatlar Günəş tacının temperaturuna təsir edən amilləri öyrənmək, həmçinin kosmosda radiasiya vəziyyətini proqnozlaşdırmaq üçün böyük elmi əhəmiyyət kəsb edəcək.N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik zondun Günəş atmosferinə daxil olmasının nə kimi elmi yeniliklərə yol açacağı ilə bağlı şərh verib. Alim bu məsələnin əhəmiyyətini vurğulayaraq “Parker zondunun ilk dəfə Günəşə bu qədər yaxınlaşaraq onun tacındakı fiziki şəraiti öyrənməsi astrofizikanın klassik problemi olan tacın qızma səbəblərinin və Günəş küləyinin generasiya mexanizminin aydınlaşdırılmasına imkan verəcək” - deyib. Namiq Cəlilov qeyd edib ki, Günəş küləyi Yerin eko-, bio- və texno- sistemlərinə təsir edən əsas amil olduğundan, bu məsələnin həlli proqnozlaşdırma üçün çox vacibdir.xeber100.com

Dekabr 16, 2021 20:43

Polşada pandemiya ilə bağlı məhdudiyyətlər sərtləşdiriləcək

Koronavirusa yoluxma hallarının artımını nəzərə alaraq Polşada dekabrın 15-dən etibarən pandemiya ilə bağlı məhdudiyyətlər sərtləşdiriləcək.Həmin tarixdən etibarən qapalı məkanlarda (otel, restoran, kinoteatr, teatr və s.) yer sayının maksimum 30 faizindən istifadəyə icazə veriləcək. Səhiyyə naziri Adam Nedzelski bildirib ki, indiyədək qüvvədə olan 50 faizlik hədd epidemioloji vəziyyət fonunda aktuallığını itirir. Həmçinin qeyd edilib ki, 30 faizlik hədd aşılarsa, bu zaman əlavə qonaqlara peyvənd sertifikatları əsasında giriş icazəsi verilə bilər.Səhiyyə nazirinin müavini Valdemar Kraska isə bildirib ki, ölkədə indiyə kimi peyvənd sertifikatlarının yoxlanılmasına dair hüquqi baza hazır deyildi və yaxın gələcəkdə sertifikatların yoxlanışına başlanılacaq.Həmçinin qeyd edilib ki, Polşada iş yerində işçilərin peyvənd statusunu yoxlamağa icazə verən qanun layihəsi dəyişdiriləcək. Belə ki, iş sahibi işçilərin peyvənd sertifikatını deyil, peyvənd testini yoxlaya biləcəklər. Gələn il martın 1-dən isə Polşada tibbi personal, müəllimlər və uniformalılar (hərbçi və hüquq-mühafizə heyətləri) üçün məcburi vaksinasiya qüvvəyə minəcəkQeyd edilməlidir ki, Polşada gündəlik yoluxma hallarının sayı 20 min nəfərə çatır. 39 milyon əhalisi olan ölkədə əhalinin 54 faizi virusa qarşı tam peyvənd olunub.xeber100.com

Dekabr 8, 2021 14:58