ABŞ Milli Meteorologiya Xidmətinin məlumatı

28 Noyabr 2019 12:08

Xəbər 185 dəfə oxunub

ABŞ aeroportlarının və aviaşirkətlərin administrasiyaları ölkədə kəskin hava şəraitinin yaranması ilə əlaqədar son iki gündə yüzlərlə reysi ləğv etməyə məcbur olublar.Azərtac xəbər verir ki, Qayalı dağlarda qar qasırğası nəticəsində minlərlə reys təxirə salınıb. Sinoptiklərin sözlərinə görə, noyabrın 27-də güclü qar istiqamətini Qayalı dağlar regionuna və Orta Qərbə doğru dəyişib, Denverdə qar örtüyünün qalınlığı 25 santimetrdən çox olub.Çikaqonun O`Xara beynəlxalq aeroportunda və Minneapolis/Sent-Pol aeroportunda ləngimələrin sayı daha çox olub: müvafiq olaraq 321 və 201 ləngimə. Noyabrın 27-nə olan məlumata görə, Birləşmiş Ştatlara və oradan istiqamət götürən 4500-dən çox reys qar qasırğası ilə əlaqədar ləngiyib.ABŞ Milli Meteorologiya Xidmətindən bildiriblər ki, fırtına öz gücünə və miqyasına görə rekord səviyyədə ola bilər.xeber100.com

“South China Morning Post” qəzetinin məlumatı

XR Dövlət Şurasının Baş Nazirinin müavini Lyu He və ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer avqust ayında Çin-Amerika ticarət sazişinin ilk mərhələsi üzrə əldə edilən aralıq nəticələri və gələcək addımları müzakirə etməyi planlaşdırır.“South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, danışıqlar yarım ildə bir dəfə yüksək səviyyədə keçiriləcək mütəmadi məsləhətləşmələr barədə sazişə uyğun hazırlanır. Tərəflər sənədin imzalandığı dövrdən bəri əldə olunan irəliləyişi qiymətləndirəcək.Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp pandemiya fonunda Pekinlə ikitərəfli ticarət sazişinin əhəmiyyətinin azaldığını bildirib. O, eyni zamanda, Çinin Amerika istehsalı olan kənd təsərrüfatı məhsullarını rekord həcmdə almağa başladığını qeyd edib.Rəsmi statistikaya əsasən, yanvar ayından iyunadək ÇXR və Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsi illik əmsalda 9,7 faiz azalaraq 233,98 milyard dollar təşkil edib. Çindən ABŞ-a ixrac həcmi 11.1 faiz aşağı düşərək 177,55 milyard dollara, Amerika məhsullarının idxalı isə 4,8 faiz azalaraq 56,43 milyard dollara enib.Qeyd edək ki, yanvarın 15-də Vaşinqtonda ABŞ və Çin arasında ticarət sövdələşməsinin ilk fazası üzrə saziş əldə olunub. Sənədi Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və Çin Baş Nazirinin müavini Lü He imzalayıb. Donald Trampın sözlərinə görə, saziş ticarət defisitini aradan qaldırmağa imkan verəcək.xeber100.com

İyul 25, 2020 19:09

Böyük Britaniyada “5G” şəbəkəsi qurulacaq

Böyük Britaniya hökuməti Çin texnologiyalarından istifadədən imtina etdikdən sonra ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin (“5G”) yaradılmasına kömək üçün Yaponiyaya müraciət edib.Xarici KİV xəbər verir ki, Böyük Britaniyada yeni nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında Çin istehsalçısını Yaponiyanın “NEC” və “Fujitsu” şirkətləri əvəz edə bilər. Hazırda iki Yaponiya şirkəti “5G” baza stansiyaları bazarında 1 faizlik paya sahibdir. Lakin Böyük Britaniya ilə əməkdaşlığın onlara dünya səviyyəsinə çıxmağa kömək edəcəyi gözlənilir. Dünya “5G” bazarının təxminən 80 faizinə “Huawei”, “Ericsson” və “Nokia” şirkətləri nəzarət edir.Bildirilir ki, iyulun 14-də Böyük Britaniya hökuməti “Huawei” şirkətinə ölkə ərazisində “5G” şəbəkələrinin inkişafı ilə məşğul olmasının qadağan edilməsi ilə bağlı qərar qəbul edib. Yerli şirkətlərə 2021-ci ildən etibarən indiyədək əsas tədarükçü qismində çıxış edən Çin şirkətindən avadanlıq almaq qadağan olunacaq.Qərar üçün əsas kimi “5G” şəbəkəsi istifadəçilərinin fərdi məlumatlarının Çinin xüsusi xidmət orqanlarına ötürülmə ehtimalı göstərilir. Ötən il ABŞ tərəfindən analoji ittihamlar “Huawei” şirkəti üçün sanksiyalara və onunla Birləşmiş Ştatlar korporasiyalarının əməkdaşlığının qadağan edilməsi ilə nəticələnib.xeber100.com

İyul 20, 2020 17:08

Çinin “Huawei” şirkətinə qadağa qoyulub

Böyük Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin qurulmasında iştirakını rəsmən qadağan edib.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, qəbul edilmiş qərara görə, hazırda quraşdırılmış “Huawei” şəbəkə avadanlığı “5G” şəbəkəsindən çıxarılacaq, rabitə operatorlarına isə 2021-ci ilin yanvarından etibarən Çin istehsalçısından yeni “5G” telekommunikasiya avadanlığının alışı qadağan ediləcək.Bildirilir ki, Britaniya operatorlarına “5G” infrastrukturundan avadanlığın ləğv edilməsinə 7 il möhlət verilib. Avadanlığın demontaj və dəyişdirilməsinin təxmini dəyəri 2 milyard funt sterlinq təşkil edir.Qərar Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən “Huawei” şirkətinin Britaniya milli infrastrukturunda rolu haqqında yeni hesabat dərc edildikdən sonra qəbul olunub. Qəbul edilmiş qərar hökumətin yanvarda bəyan edilən mövqeyi ilə tam ziddiyyət təşkil edir. Belə ki, o zaman “Huawei” avadanlığından Britaniyanın “5G” infrastrukturunda bir sıra məhdudiyyətlərlə istifadəsinə icazə verilib.Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman naziri Oliver Dauden qərarın ölkədə “5G” şəbəkəsinin qurulmasını yubadacağı ilə bağlı xəbərdarlıqla çıxış edib. Bundan başqa, hökumət rabitə operatorlarına genişzolaqlı internet üçün “Huawei” avadanlığının alışından imtina etməyi tövsiyə edib.xeber100.com

İyul 15, 2020 23:40