ABŞ nüvə sahəsində müzakirələrə yenidən başlamağa hazırdır

21 Avqust 2019 14:42

Xəbər 108 dəfə oxunub

ABŞ Şimali Koreya ilə nüvə sahəsində müzakirələrə yenidən başlamağa hazırdır.Azərtac xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Administrasiyasının Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stefan Beqan deyib.Cənubi Koreyaya üçgünlük səfəri zamanı S.Beqan bu ölkənin Koreya yarımadası və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Lee Do-hoon ilə görüşüb. Görüşdə xüsusi nümayəndə ABŞ Prezidenti Donald Tramp tərəfindən Şimali Koreya ilə danışıqları bərpa etməklə bağlı tapşırığın verildiyini və Şimali Koreya lideri Kim Çen Inın bunu razılıqla qarşıladığını ifadə edib. Lee Do-hoon isə məsələ ilə bağlı açıqlamasında hazırkı müzakirə mərhələsinə Şimali Koreya, Cənubi Koreya və ABŞ rəhbərlərinin siyasi iradələri sayəsində gəlindiyini bildirib.xeber100.com

13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir.Azərtac xəbər verir ki, konfransda bölgədə, o cümlədən Qara dəniz regionunda təhlükəsizlik, regional inkişaf məsələləri, eləcə də Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiya sahəsində əldə etdiyi uğurlar, ölkənin bu təşkilatlara üzvlüyünün perspektivləri, hibrid müharibə təhlükələri və s. məsələlər müzakirə olunur.Konfransda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsində həyata keçirilən islahatlar, mövcud problemlər və digər məsələlər barədə məlumat verib.Sonra parlamentin sədri Arçil Talakvadze Gürcüstan qanunvericiliyi, ölkənin NATO-ya və Avropa İttifaqına inteqrasiyasının hüquqi əsaslarından danışıb.Digər çıxış edənlər dünyada və regionda gedən proseslərdən söz açıb, qloballaşan dünyada təhlükəsizliyin təmin olunmasında irimiqyaslı enerji, nəqliyyat və logistika layihələrinin rolu barədə fikirlərini bölüşüblər.Azərbaycanı bu tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin birinci katibi Sərxan İsmayılov təmsil edirlər.Polkovnik-leytenant Fuad İbrahimov konfransda iştirak edən həmkarları ilə keçirdiyi görüşlərdə Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın təhlükəsizliyin təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib.xeber100.com  

Noyabr 6, 2019 12:42

Türkiyə və Rusiya Suriyada ikinci patrula başlayıb

Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yeni sərhəd rayonunda Kobani şəhərindən bir neçə kilometr məsafədə ikinci patrula başlayıb.Rusiya KİV-ləri xəbər verir ki, ilk dəfə olaraq birgə patrul yeni marşrut üzrə həyata keçirilir. Patrulda Rusiya hərbi polisinin “Tiqr” və Türkiyə sərhəd xidmətinin “Kirpi” zirehli avtomobilləri iştirak edir. Sərhəd boyunca 160 kilometrlik marşruta hər iki tərəfdən ümumilikdə səkkiz ədəd hərbi texnika və 50-yə yaxın hərbçi cəlb olunub. Patrulun hərəkətini “Orlan-10” pilotsuz uçan aparat izləyir.Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən ikinci birgə patruldur.Xatırladaq ki, birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən keçirilir. Sənəddə, həmçinin Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonada Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisinin 150 saat ərzində terrorçuların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməsi nəzərdə tutulur.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunmuş razılaşmaya baxmayaraq, təhlükəsizlik zonasında terrorçular hələ də qalmaqdadır. “Onlar oradan hələ tam çıxarılmayıblar, bizim hərbçilərə hücumlar edilir. Biz axırıncı terrorçu oradan çıxanadək mübarizəni davam edəcəyik”, - Türkiyə Prezidenti bu gün hakim partiyanın parlament fraksiyası qarşısında çıxışı zamanı belə deyib.xeber100.com

Noyabr 5, 2019 14:29